Aİ ölkələri Rusiyaya qarşı 15-ci sanksiya paketi ilə bağlı razılığa gəlib

Avropa İttifaqının 27 ölkəsinin səfirləri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” hesabında paylaşım edib.

O, Aİ səfirlərinin bu addımını alqışlayıb və artıq növbəti sanksiya paketi üzərində işə başlandığını vurğulayıb:

"Biz artıq növbəti paket üzərində işləyirik və Rusiya mesajımızı alana qədər davam edəcəyik".

Qeyd edək ki, yeni tədbirlər paketinə fərdi sanksiyalar daxildir və Rusiyaya yardım edən üçüncü ölkələrin məhkəmələrinin fəaliyyətini məhdudlaşdırır.