Gürcüstan Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qurumun bəyanatında Azərbaycanla həmrəylik ifadə olunub.
“Azərbaycan Hava Yolları təyyarəsinin qəzaya uğraması nəticəsində onlarla insanın həlak olmasını eşitməyimiz bizi dərin kədərləndirdi. Biz Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda Gürcüstan strateji tərəfdaşı Azərbaycanla həmrəydir. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə qurumun X platformasında paylaşımında qeyd edilib.