Alimlər tapdı: Şəhərlərdə siçovulların çoxalmasının səbəbi məlum olub
10:46 03.02.2025
Hadisə
440
Dünyanın əksər şəhərlərində siçovulları görmək adi hala çevrilir. Sağlamlıq üçün təhlükə yaradan, eləcə də infrastruktura ziyan vuran, yanğınlara səbəb olan və qida təhlükəsizliyini təhdid edən bu gəmiricilərin sayının niyə artdığı uzun müddətdir bilinmirdi. Lakin alimlər bu problemin mənbəyini geniş araşdırmalar nəticəsində müəyyən ediblər.
Sherg.az xəbər verir ki, ABŞ-da illik zərərinin 27 milyard dollar olduğu təxmin edilən siçovulların dünya miqyasında yayılması artıb.
Alimlərin fikrincə, siçovulların sayının sürətlə artmasının səbəbi iqlim dəyişikliyidir.
Gəmiricilər infrastruktura ziyan vurur, qidaları çirkləndirir və ciddi iqtisadi itkilərə səbəb olur.
Richmond Universitetindən Conatan Riçardson və onun komandası ABŞ, Kanada, Yaponiya və Hollandiyanın 16 şəhərində siçovulların populyasiyasını tədqiq ediblər.
“Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, siçovulların sayındakı artımın 40 faizi temperaturun artması ilə bağlıdır. İsti hava gəmiricilərin daha uzun müddət aktiv qalmasına və çoxalmasına imkan verir.
Ən böyük artımlar Vaşinqton, San Fransisko, Toronto, Nyu-York və Amsterdamda baş verib. Nyu-Yorkda 162 faiz, Vaşinqtonda isə 300 faiz artım olub. Lakin Yeni Orlean, Luisvil və Tokioda siçovulların sayı azalıb. Tokioda azalma insanların təmizliyə olan diqqətliliyi ilə əlaqələndirilib. Yeni Orleanda isə bu, şəhər hökumətinin effektiv mübarizə siyasəti ilə əlaqələndirilirib.
Mütəxəssislər vurğulayırlar ki, siçovulların öldürülməsi həll yolu deyil, onların qida tullantılarına və zibillərə çıxışını məhdudlaşdırmaq daha effektiv üsuldur. Riçardson deyir ki, iqlim dəyişikliyi siçovulların sayının artması ilə əlaqədardır, lakin problemi erkən həll etmək vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur