
Bayramlar turizmə necə təsir etdi? -RƏY
13:16 03.04.2025
İqtisadiyyat
508
Azərbaycanda uzunmüddətli bayram istirahətləri, xüsusilə Novruz və Ramazan bayramları, turizm sektoruna mühüm təsir göstərir. İnsanlar bu fürsətdən istifadə edərək hotellərə, restoranlara və müxtəlif turizm obyektlərinə üz tuturlar. Uzunmüddətli istirahət günləri daxili turizmin canlanması üçün əhəmiyyətli rol oynayır.
Bəs, bu il bayram günləri turizm sektoruna necə təsir etdi?
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "Sherg.az"-a bildirib ki, Novruz və Ramazan bayramı ilə əlaqədar insanlar regionlara da bir və ya, 2-3 günlük səfərlər etdilər:

“Həmçinin xaricə də səfərlər oldu. Amma keçən illərə nisbətən bir az azalma müşahidə olunur. Çünki Ramazan ayı turizmə kifayət qədər təsir etdi. Lakin düşünürəm ki, gələn il Ramazan bayramı və Novruz bayramı üst üstə düşəcək və həmin günlərdə insanlar daha çox istirahət və səyahət edəcəklər. Bu gün Azərbaycan hava yolu bir sıra ölkələrə birbaşa uçuşlar həyata keçirdiyinə görə çox münasib qiymətlərlə tur paketləri etmək olur. Hətta qrup turları da var. Turizm şirkətləri tərəfindən satışda çox münasib qiymətədir və azərbaycandilli bələdçi ilə bir yerdədir. Əksər insanlar qruplara qoşuldu, əksəriyyəti isə regionlara getdi. Bu səfərlər həm cənub istiqamətində, həm şimal, həm də qərb istiqamətində baş tutdu. Hətta bəzi rayonlara 50 nəfərlik qruplarla turlar həyata keçdi. Otellərdə də demək olar, boş otaqlar qalmamışdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm