Şavkat Mirziyoyev Azərbaycan liderinə məktub göndərib
11:38 02.10.2025
Gündəm
302
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Əziz qardaşım.
Zati-aliləri, əvvəlcə Sizi və qardaş Azərbaycan xalqını Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının mübarək 30 illiyi münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.
Xüsusilə qeyd etmək istərdim ki, ötən dövrdə əməkdaşlığımızın salnaməsi yaddaqalan hadisələrlə zəngin olmuş, bütün sahələrdə əlaqələr ardıcıl şəkildə inkişaf etmişdir. Əhatəli və uzunmüddətli münasibətlərimizi hərtərəfli möhkəmləndirməyə yönəlmiş hüquqi baza və səmərəli institusional mexanizmlər, çoxtərəfli formatlar yaradılmışdır.
Şübhəsiz ki, Özbəkistan ilə Azərbaycan arasında mövcud olan ortaq qardaşlıq, bizi birləşdirən möhkəm dostluq bağları, müntəzəm xarakter almış ali səviyyəli səmərəli dialoqlarımız qardaş xalqlarımızın ümumi tərəqqisinə xidmət etməkdədir.
Xüsusilə son illərdə dövlətlərarası münasibətlərimizin tamamilə yeni tarixi mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktik ifadəsi kimi dəyərləndirilə bilər.
Hörmətli İlham Heydər oğlu, əminəm ki, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığımız bütün prioritet istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika, energetika, sənaye, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bundan sonra da sürətlə inkişaf edəcəkdir.
Şübhəsiz ki, Zati-alinizlə cari ildə həm Azərbaycanda, həm də Özbəkistanda keçiriləcək bir sıra mühüm görüşlərimiz təkcə ikitərəfli münasibətlərimizin perspektivləri üzrə deyil, həm də regional tərəfdaşlığın ən aktual məsələlərə dair ətraflı fikir mübadiləsi aparmaq üçün əlverişli imkan yaradacaqdır.
Çoxşaxəli əlaqələrimizin salnaməsindəki bu əlamətdar gün münasibətilə Zati-alinizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, son dərəcə məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və davamlı tərəqqi arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm