Amerikalılar ABŞ-ın əvvəlki administrasiyasının siyasətini qaytarmaq istəyirlər
18:06 20.11.2022
Siyasət
420
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens CBS telekanalına müsahibəsində deyib ki, amerikalılar ABŞ-ın əvvəlki administrasiyasının siyasətini geri qaytarmaq istəyirlər.
"Son iki il ərzində olduğum hər yerdə insanlar mənə o (əvvəlki - red.) administrasiyanın siyasətini geri qaytarmaq istədiklərini söylədilər. Tramp-Pens administrasiyası Amerika xalqına kömək edirdi", - o deyib.
Pens, Baydenin başçılıq etdiyi hazırkı administrasiyanın uğursuz siyasətlərinə misal kimi ABŞ qoşunlarının Əfqanıstandan “fəlakətli” çıxarılmasını, iqtisadiyyatın hazırda içində olduğunu dediyi tənəzzülü, hökumətin həddən artıq xərcləməsini və “son 40 ilin ən pis inflyasiyasını” göstərib.
"Mən həqiqətən inanıram ki, zaman ölkəmizi birləşdirə biləcək liderliyə çağırır", - Pens deyib.
Eyni zamanda o, Respublikaçılar Partiyasının praymerizlərində Donald Trampı dəstəkləməyə hazır olub-olmadığını dəqiqləşdirməyib və qeyd edib ki, onun siyasi həmfikirləri keçmiş dövlət başçısından “daha yaxşı seçkilər keçiriblər”.
Daha əvvəl Pens 2024-cü il seçkilərində özünün də iştirakını istisna etməyib. Pens Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək qərarını elan edən Trampla tandemdə işləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual