Anti-müsəlman siyasəti genişlənir
Yusif Nəzərli
13:28 17.03.2023
Siyasət
1143
İslamafobiya Fransa Prezidenti Makronun təfəkküründə, düşüncəsində özünə möhkəm yer tutub
"Avropa İttifaqı ölkələri sırasında ən çox müsəlmanın yaşadığı Fransa islamafobiyanın ən çox təzahür etdiyi ölkədir". Bunu millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, özünü "demokratik dəyərlərin və mədəniyyətin vətəni" hesab edən Fransada insan hüquqları ciddi şəkildə pozulur: "Fransada müsəlmanların öz dini ayinlərini yerinə yetirmələri üçün şərait yaradılmır və məhdudiyyətlər qoyulur. İslamafobiya Fransa Prezidenti Makronun təfəkküründə, düşüncəsində özünə möhkəm yer tutub. Azərbaycana qarşı qərəzli yanaşmanın kökündə də Fransada geniş yayılmış islamafobiya dayanır. İslam dünyasının nüfuzlu simalarından olan Məhəmməd peyğəmbərin şəxsiyyəti Fransada dəfələrlə təhqir olunub, karikaturası çəkilib.
Bu, islam aləminə təhqirdir. Peyğəmbər təhqir olunur, Fransa isə bu hadisəni ölkədəki "insan hüquqları", "mətbuat azadlığı" və digər amillərlə əsaslandırmağa çalışır. Fransanın bəzi mətbuat orqanlarının zaman-zaman Türkiyə ilə bağlı qərəzli yanaşmaların da şahidi oluruq.
Fransanın anti-türk, anti-müsəlman mövqeyi ilə seçilən “Charlie Hebdo” jurnalı qardaş ölkədə dağılan binaların, çevrilmiş avtomobillərin karikaturasını paylaşmışdı. Bu hərəkət insanlıqdan uzaq yanaşmadır. Fransanın bu yanaşması haqlı olaraq hiddət doğurdu”.
Parlament üzvünün sözlərinə görə, Fransada islamafobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır: "Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamafobiya hər hansı qorxu və ya tarixi inamsızlıqdan irəli gəlmir.
Bu, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır. İslamafobiyanın yaranması dünyamız üçün böyük təhlükədir. İslam dininin, onun peyğəmbərinin, müqəddəs kitabımız “Qurani-Kərim”in təhqir olunması heç bir çərçivəyə sığmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual