Antoni Blinken: “Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır” - VİDEO
Yusif Nəzərli
13:32 23.03.2023
Siyasət
367
“Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır”.
Bunu Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxış edən ABŞ dövlət katibi Antoni Blinken ermənipərəst demokrat senator Bob Menendezin ABŞ-nin Azərbaycana hərbi təhsil verməsi barədə suallarını cavablandırarkən deyib.
Blinken bunun praktik səbəbləri olduğunu deyib.
“Birincisi, bildiyiniz kimi, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə bizim - NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək olduqca vacibdir”, - deyə Blinken bildirib.
Bundan sonra o, qeyd edib ki, Azərbaycan İranla həmsərhəddir və bu, Azərbaycanın hərbi hazırlıq səviyyəsini yüksəltməsi ilə uyğundur.
Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-nin rolundan da danışıb və sülh razılaşmasına nail olmaq üçün nələr edilə biləcəyini görməkdə çox maraqlı olduğunu vurğulayıb.
Dövlət katibi yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual