ATXƏM sədri: “ABŞ institutları beynəlxalq hesabatlarda həmişə ölkəmizə qərəzli baxış sərgiləyib”
09:27 18.11.2023
Siyasət
756
İki gün əvvəl ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqlədi. Bu Qanuna əsasən ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana yardım göstərməsini qadağan edir. Bu Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edilib, prezident tərəfindən imzalanarsa, qüvvəyə minə bilər. 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılıb. Bəs ABŞ Konqresinin belə bir addım atmasına səbəb nədir?
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov "Sherg.az"a bildirib ki, ABŞ Cənubi Qafqaz ölkələrinə münasibətdə həmişə ölkəmizə qarşı qeyri-səmimi davranıb, qaçqın və məcburi köçkünlərə yardımı nəzərdə tutan proqramalarında heç vaxt adekvat rol oynamayıb, müstəqilliyimizi tanıyandan bu günədək ötən 30 il ərzində ikilistandart yanaşmaları ilə yadda qalıb: “Əvvala, ABŞ ATƏT-in Minsk qrupunun üç üzvündən biri kimi, uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç bir yaddaqalan təşəbbüslə çıxış etməyib, konfliktin həll olunmasında öz real gücündən və nüfuzundan istifadə etməyib, əksinə yerli seçkilərdə bu ölkənin siyasətçiləri apardıqları nüfuz yarışlarında erməni lobbisinin təsiri altına girərək, Ermənistanın işğalçılıq siyasətinə don geyindirməyə çalışıblar, ölkəmizi alçaldıcı sülhə və təslimiyyətə məcbur etməyə çalışıblar. Azərbaycana siyasi, hüquqi dəstək verməyə qonşu dövlətlərdən daha az münasibət göstəriblər, ABŞ institutları beynəlxalq hesabatlarda ölkəmizə qarşı qərəzli baxış sərgiləyib, beynəlxalq media vasitələrində ölkəmizə qarşı informasiya kirliliyi yaradıblar”.
İlham İsmayılov bildirib ki, ABŞ keçmiş postsovet ölkələrində nəzərdə tutduğu iqtisadi yardımlarda da Azərbaycana qarşı heç vaxt dürüst davranmayıb: “Baxmayaraq ki, ABŞ-ın ölkəmizdə bir çox nüfuzlu şirkətləri fəaliyyət göstərir. Lakin ABŞ bu ölkələrə nəzərdə tutulan iqtisadi yardımlarından ölkəmiz heç vaxt düzgün şəkildə yararlana bilməyib. ABŞ bu yardımları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vasitəsilə həyata keçirir. Biz Agentliyin Azərbaycandakı missiyasına nəzər salsaq görərik ki, onların məqsədi qarşılıqlı təhlükəsizliyə və firavanlığa sərmayə qoyaraq Azərbaycanla uzunmüddətli dostluq və davamlı tərəfdaşlıq qurmağa çalışırlar. Bunun üçün onlar
Azərbaycan hökuməti, biznes strukturları və vətəndaş cəmiyyəti ilə birgə işləyi də qarşılarına məqsəd qoyublar. ABŞ siyasətini postsovet ölkələrində yaymağa çalışan bu qurumun bir vəzifəsi də özəl sektorun inkişafı, insan alveri ilə mübarizə, işsizliyin azaldılması, gender bərabərliyinin yaxşılaşdırılması, QHT-lərin səylərinə dəstək, ictimai həyatda vətəndaşların iştirakının artırılmasına yönəlib. Lakin bunlar yalnız təşkilatın strategiyasını nəzərdə tutan sadəcə nəzəri fikirlərdir. Biz bunun əksinə olaraq, müşahidə etmişik ki, USAİD bu iqtisadi inkişafı nəzərdə tutan məsələləri deyil, ABŞ-ın regionda apardığı siyasəti yaymaqla məşğul olur və əməkdaşlıq qurduğu təşkilatları da öz təsiri altında saxlamağa çalışır. Odur ki, bu Agentliyin fəaliyyəti özünün nizamnaməsinə də uyğun deyil və ölkə qanunlarına hörmət prinsiplərindən də uzaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq