
Azərbaycan Əsəd rejiminin süqutundan sonra bölgədə əsas oyunçu kimi çıxış edə bilər -ANALİZ
14:02 11.12.2024
Siyasət
425
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, post-münaqişə dövründə bölgədə vəziyyət, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Qeyd edək ki, Bəşər-Əsəd rejiminin devrilməsi ilə Suriyada "Ermənistanın havası" alındı. Artıq bölgədə Türkiyənin üstünlüyü və aktivliyinin şahidi oluruq. Digər tərəfdən Türkiyə ilə geniş əməkdaşlıq çərçivəsində Azərbaycanın da Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi gözləniləndir.
Yaxın Şərq üzrə ekspert Vüqar Zivəroğlu "Sherg.az"a bildirib ki, Suriya münaqişəsi 2011-ci ildən bəri Yaxın Şərqdə geosiyasi balansı dəyişdirən mühüm proseslərdən biri olaraq qalır:

"Əsəd rejiminin süqutundan sonra bölgədəki qüvvələrin yenidən formalaşması ehtimalı Azərbaycan və Türkiyəni də bu prosesin bir hissəsi olmağa vadar edir. Hər iki ölkə regionda strateji mövqeyə malikdir. Həmçinin onların əməkdaşlığı Suriyada sabitlik və inkişafın təmin edilməsində əhəmiyyətli rol üstlənə bilər. Türkiyə Suriyada ilk gündən aktiv siyasət yürüdərək münaqişədə əsas oyunçulardan birinə çevrilib. Ölkə terror təşkilatlarının qarşısını almaq məqsədi ilə sərhədyanı ərazilərdə əməliyyatlar aparıb. Həmçinin qaçqın böhranı ilə mübarizədə ön sıradadır. Suriyanın yenidən qurulmasında iştirak etməyi planlaşdırır. Bundan başqa Türkiyə, Suriya və İran üçtərəfli əməkdaşlığı vasitəsilə bölgədə sabitliyin təmin edilməsində çox ciddi şəkildə öz töhfələrini verib. Əsəd rejimindən sonrakı dövrdə isə Türkiyə daha geniş təsir imkanları qazanaraq Suriyanın mərkəz və şimal hissələrində sabitliyin əldə edilməsində mühüm rol oynaya bilər. Ümumiyyətlə Türkiyə Suriyanın yenidən şəkillənməsində olduqca ciddi söz sahibinə çevrilmiş bir durumdadır".
Ekspertin fikrincə, Azərbaycan Suriya münaqişəsində bir başa iştirak etməsə də, Əsəd rejiminin süqutundan sonra bölgədə əsas oyunçu kimi çıxış edə bilər:
" Digər tərəfdən Suriya kontekstində Azərbaycan-Türkiyə əməkdaşlığı yeni bir sinerjinin yaradılması kimi qiymətləndirilməlidir. Azərbaycanın təcrübəsi və resursları Suriyanın enerji və nəqliyyat infrastrukturunun bərpasında vacib ola bilər. Həmçinin başqa bir məqam beynəlxalq vasitəçilik missiyasıdır. Azərbaycan beynəlxalq təşkilatlarda mövqeyindən istifadə edərək Suriya böhranının siyasi həllinə dəstək göstərə bilər. Nəzərə almaq lazımdır ki, münaqişədə bu və ya başqa dərəcədə maraqlı və iştirak edən qüvvələr var. Bu qüvvələrdən Azərbaycanla müsbət əlaqələr olan tərəflər də mövcuddur. Eyni zamanda Azərbaycanı beynəlxalq vasitəçilik missiyasında kifayət qədər ciddi təcrübəsi var. Həmçinin etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Türkiyə ilə sıx əməkdaşlıq Azərbaycana təsir gücünü artırır. Üstəlik, regional sabitliyə öz töhfələrini verə bilər. Əsəd rejiminin sonu Yaxın Şərqdə yeni bir mərhələnin başlanğıcı olaraq Azərbaycan və Türkiyənin birgə fəaliyyəti regionda siyasi və iqtisadi sabitliyin təmin edilməsində əsas faktor kimi çıxış edə bilər. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də geniş beynəlxalq miqyasda müsbət nəticələr doğura bilər".
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm