
Azərbaycan-Özbəkistan qardaşlığı: Münasibətlərin ikişaf tempi yüksələn xətlə davam edir
Yusif Nəzərli
14:22 25.08.2024
Siyasət
609
Bəzən dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 ilik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan prezideninin cəmi 2 il əvvəl 2022-ci ildə Özbəkistana dəvlət səfəri və sonrakı dinamika strateji müttəfiqliyə gətirib çıxardı. Həmçinin Azərbaycanla Özbəkistan və Mərkəzi Asiya dövlətləri arasında tarixi-mədəni əlaqələr, etnik birlik münasibətlərin irəlliləməsində hər zaman önəm daşıyıb. Azərbaycanın Özbəkistanla müttəfiqlik sazişi də dövlətlərarası münasibətlərin ən yüksək formalarındandır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana səfəri və həmkarı Şavkat Mirziyoyevlə görüşü mühüm detallarla yadda qaldı.
İki ölkə arasındakı əlaqələri "Sherg.az"a dəyərləndirən Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk qeyd edib ki, Özbəkistan iqtisadi-siyasi və mədəniyyət baxımından güclü şəkildə inkişaf edən və geopolitik cəhətdən üstün mövqeyə malik olan dövlətdir:

"Son illər Özbəkistanın inkişaf tempi yüksələn xətlə davam etməkdədir. Üstəlik, Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk Birliyinə uğurlu şəkildə töhfəsini verir. Azərbaycanla əlaqələrin inkişaf dinamikası isə münasibətlərimizin hansı səviyyədə olduğunu göstərir. Qarşılıqlı səfərlərin intensivliyi, iş adamlarının işgüzar görüşləri çoxalıb. Biznes adamları bir araya gətirmək üçün biznes forumları keçirilir. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Özbəkistana səfəri və onların yüksək səviyyədə qarşılanmaları iki qardaş ölkə arasında yüksəlişdə olan münasibətlərin göstəricisidir".
Elnur Eltürk söyləyib ki, İmzalanan sazişlər əlaqələrimizin inkişafında yeni bir mərhələnin əsasını qoyur:
"Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri əlaqələrin inkişaf etdirilməsi prioritet təşkil edir. Enerji resurslarının Xəzər vasitəsilə nəqli, Qazaxıstan və Türmənistanın qaz-neftinin Azərbaycan vasitəsilə Avropa çıxarılması əlaqələrin güclənməsinə gətirib çıxaracaq.
Mərkəzi Asiya ölkələri əlaqələrin inkişafı üçün hər çür imkan və şərait mövcuddur. Bizi həm də ortaq dil, mədəniyyət, tarix birləşdirir. Bu isə əlavə üstünlük deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region