
“Azərbaycan Rusiyanın təsirindən çıxıb dünyaya inteqrasiya edir” - Moskva və Tehran əndişədə!
“Azərbaycan Rusiyanın təsirindən çıxıb dünyaya inteqrasiya edir” - Moskva və Tehran əndişədə!
Yusif Nəzərli
10:55 17.11.2022
Siyasət
662
Gürcüstanda İsrail vətəndaşının xaricdən sifariş edilən qətlinin qarşısı alınıb.
Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Qətlin İran vətəndaşı tərəfindən sifariş edildiyi bildirilir.
Məlumata görə, sui-qəsd üçüncü ölkə vasitəsilə Gürcüstana gələn, “gizli rabitə vasitələri ilə təmin edilmiş” və obyektdə casusluq edən Pakistan vətəndaşı həyata keçirməli olub.
Bildirilir ki, silahların çatdırılması Gürcüstan, İran ikili vətəndaşlığı olan və Gürcüstan ərazisində daimi yaşayan bir qrup şəxs tərəfindən həyata keçirilib. Silahların ötürülməsi üçün gizli yerlərdən istifadə olunub. Silahların daşınmasını həyata keçirən qrup ilə muzdlu qatil arasında birbaşa təmas olmayıb. Koordinasiya ölkə xaricindən həyata keçirilib.
DTX bir neçə nəfərin saxlanıldığını, odlu silah, döyüş sursatı və məlumat daşıyıcılarının müsadirə edildiyini açıqlayıb. Digər təfərrüatlar barədə məlumat verilmir.

İran Azərbaycan və Gürcüstandakı siyasi boşluqdan istifadə edərək, regionda şəbəkələşdiyini deyən ictimai-siyasi xadim Zəlimxan Məmmədli “Sherg.az”a deyib ki, onların hətta radikal terror təşkilatlarını yaratmaları barəsində məlumatlar var:
“İndiki zamanda isə regiondakı vəziyyət gərginləşir və mövqelərin aydınlaşması prosesi gedir. Burada Azərbaycan Rusiyanın təsir dairəsindən çıxaraq dünyaya inteqrasiya edir. O cümlədən Gürcüstan da bu istiqamətdə getmək niyyətindədir.
Bu isə Kremlin və onun dostları olan İranın, Ermənistanın, Fransanın maraqlarına uyğun deyil. Cənub qonşumuz isə ətrafında olan dövlətlərin dünyaya inteqrasiyasından narahat olur və həmin dövlətlərin daxilində öz şəbəkəsini işə salmağa çalışır.
Gürcüstanda baş verənlər də konkret olaraq bununla bağlıdır. Ümumiyyətlə, isə rəsmi Tehran bundan sonra daha fəal olacaq. Onun yaratdığı şəbəkələr isə həm Azərbaycanda, həm də Gürcüstanda destruktiv fəaliyyətini davam etdirməyə çalışacaq.
Bu baxımdan da müvafiq qurumlar buna həssas yanaşmalı və İranın əməllərini yaxından izləyərək, önləyici tədbirlər həyata keçirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya