“Azərbaycan yeni hərbi texnologiyaları NATO-dan öyrənir”
Fidan Həmişəyeva
12:30 08.07.2021
Siyasət
825
Xəbər verdiyimiz kimi, ötənlərdə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Ölkə başçısı məktubunda iki ölkə arasındakı əlaqələrlə bağlı mühüm məqamlara toxunub.
Prezident bildirib ki, Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur:
“İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”.
Millət vəkili Asim Mollazadə iki ölkə arasındakı əlaqələri, NATO-nun bölgəyə gəlişi və bunun Azərbaycan üçün əhəmiyyətini “Sherg.az”a sadalayıb. Deputat qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır:
“Amerika hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyib, ölkəmizin enerji və nəqliyyat layihələrinə dəstək verib. Azərbaycan isə ABŞ-ın təhlükəsizlik sahəsində və terrorla mübarizəsində böyük dəstəklər göstərib. Dövlətimiz ABŞ-ın Əfqanıstandakı əməliyyatları zamanı da logistik yardımlar edib. Bu münasibətlər ilk növbədə bölgədə sabitliyə, sülhə və əməkdaşlığa xidmət edir. Bununla yanaşı Azərbaycan Qoşulmama Hərəkatının üzvü olsa da, heç bir hərbi blokun üzvü deyil”.
Parlament üzvünun sözlərinə görə, NATO ilə Azərbaycanın əməkdaşlığı çox genişdir:
“Azərbaycan Silahlı Qüvvələri yeni hərbi texnologiyaları NATO-dan öyrənir və bu istiqamətdə bizə ən böyük dəstək məhz Türkiyədən gəlir. Lakin Azərbaycan heç bir halda hansısa hərbi blokun üzvü olmağı düşünmür. Məqsədimiz bölgəni əməkdaşlıq, tərəfdaşlıq və sülh bölgəsinə çevirməkdir. Ona görə də Amerika ilə bu istiqamətdə əməkdaşlığımız davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm