“Diplomatlarımız da mübarizə aparırlar”
Fidan Həmişəyeva
13:35 09.07.2021
Siyasət
656
Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolu vacibdir. 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən-1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
Məlumdur ki, 2020-ci və bu ildə diplomatiyamız böyük uğurlar əldə edib. 44 günlük müharibədə yalnız savaş meydanında deyil, diplomatik sahədə də mübarizəmiz effektiv şəkildə aparılıb.
Azərbaycan diplomatiyasının uğurlu inkişaf yolu barədə “Sherg.az”a danışan millət vəkili Asim Mollazadə bildirib ki, diplomatlarımızın bir çoxu vətəndən uzaqda, ağır şəraitdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparırlar:
“Diplomatlarımız Azərbaycanı tanıdır, ölkəmizə dost qazandırır, dövlət siyasətimizi işlədiyi ölkələrdə müdafiə edirlər. Bu gün Azərbaycan diplomatları daha çox sevinirlər ki, 44 günlük müharibədən sonra əsgərlərimiz ərazi bütövlüyümüzü bərpa etdi. Fikrimcə, bu hərbi qələbə həmçinin diplomatik cəbhəki döyüşlər vasitəsilə əldə olunub. Fürsətdən istifadə edərək hər bir azərbaycanlı diplomatlarını təbrik edirəm. Çünki onların hər birinin dövlətimizin müdafiəsində xüsusi rolu var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual