Erməni mediası: “Blinken Paşinyanla kifayət qədər sərt tonda danışıb”
Yusif Nəzərli
13:48 19.11.2022
Siyasət
412
“Bu yaxınlarda ABŞ dövlət katibi Antoni Blinken Nikol Paşinyanla telefon danışığı aparıb. Rəsmi məlumatlardan məlum olub ki, dövlət katibi bir sıra digər protokol formulları ilə yanaşı, Paşinyanı sülh prosesinin təşviqi üçün konkret nəticələrin əldə edilməsi istiqamətində irəliləyişi davam etdirməyə çağırıb. Çoxlarını maraqlandırırdı ki, niyə belə “zəng” yalnız Ermənistan tərəfinə edilib”.
Bu barədə Ermənistanın “Past” qəzetində dərc olunan məqalədə bildirilib.
Müəllifin sözlərinə görə, əslində bu məsələnin daha dərin alt mətni var.
“O cümlədən, diplomatik mənbəmizin bildirdiyinə görə, Blinken geosiyasi səbəblərdən dolayı Paşinyanla kifayət qədər sərt tonda danışıb. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, ABŞ tərəfi Rusiyanın münasibətlərin normallaşdırılması təklifləri ilə bağlı Ermənistanın siyasi meydanında səslənən mesajlardan ciddi narahatdır. Fakt budur ki, Ermənistan hakimiyyəti dəfələrlə açıq şəkildə bəyan edib ki, onlar Rusiyanın təkliflərinin (Qarabağ məsələsinin həllini gələcək nəsillərin öhdəsinə buraxmaq, Rusiya sülhməramlılarının qalma müddətinin uzadılması və s.) tərəfdarıdırlar.
Odur ki, ABŞ tərəfi “Vaşinqton variantı”ndan fərqli olaraq “Rusiya variantı”nın sonda dominant olacağından, bu da geosiyasi maraqlar və ambisiyalar ucbatından Qərbin regionumuzdakı planlarının iflasa uğraması anlamına gəlməsindən ciddi şəkildə narahatdır. Təbii ki, Rusiyanın istənilən şəkildə aktivləşməsi və nüfuz zonalarının bərpası, yaxud genişləndirilməsi, yumşaq desək, “kollektiv” Qərbin və xüsusən də ABŞ-ın narahatlığına səbəb olur”, – deyə məqalədə qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya