“Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti tətbiq edir”
“Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti tətbiq edir”
Yusif Nəzərli
14:30 15.03.2023
Siyasət
419
“Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa öz dəniz hüdudlarından kənar ərazilərinə nəinki müstəqillik və muxtariyyət, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir”.
“Report”un xəbərinə görə, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə Bakıda keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirədə deyib.
Təşkilat sədri bildirib ki, Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti tətbiq edir:
“Tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib və onların dialektlərinin geniş rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə, Fransa tərəf olduğu aşağıdakı beynəlxalq sənədlərin tələblərini, yəni üzərinə götürdüyü öhdəlikləri pozub. Bu sənədlər arasında 1789-cu il böyük Fransız İnqilabının ən mühüm sənədi olan və fərdi insan hüquqlarını müəyyən edən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastiya məhkəməsinin son qərarı, eləcə də, Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti ilk növbədə Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır.
Korsikada insanların hüquqlarını məhdudlaşdırmağa və ləğv etməyə yönəlmiş təzyiq, hədə-qorxu, iqtisadi təsir mexanizmləri, zorakılıq, həbslər və qətllər bir sıra tanınmış beynəlxalq konvensiyalara, beynəlxalq adət-ənənələrə və beynəlxalq insan hüquqlarına açıq şəkildə ziddir. Xarici ərazilərdə azlıqların hüquq və azadlıqlarının pozulması, eləcə də Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən beynəlxalq ictimaiyyət tərəfindən daha sərt və israrla pislənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual