“Gürcüstanın Aİ-yə inteqrasiyası region üçün üstünlüklər vəd edir”
Fidan Həmişəyeva
11:01 08.07.2021
Siyasət
533
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, Gürcüstan müasir çağırışlara rəğmən Avropa İttifaqının (Aİ) tam hüquqlu üzvü olacağına ümid edir. O bildirib ki, Gürcüstan əhalisinin 80 faizi avrointeqrasiya xəttini dəstəkləyir.
Qeyd edək ki, qonşu ölkə 2014-cü ildə Aİ ilə assosiativ saziş imzalayıb. 2017-ci ilin mart ayında isə Gürcüstan vətəndaşları şengen zonası ölkələrinə vizasız gediş-gəliş imkanı əldə ediblər.
Politoloq Natiq Miri Gürcüstanın Aİ-ya inteqrasiyanın bölgəyə təsirlərini “Sherg.az”a şərh edib. Analitik qeyd edib ki, Gürcüstan Cənubi Qafqaz bölgəsi üçün strateji və geosiyasi önəm daşıyır:
“Çünki Gürcüstan xristian ölkəsi olduğu üçün cəlbedicidir. Eyni zamanda Qara Dəniz hövzəsi ölkəsidir. Bu da Rusiyanın indiki vəziyyətdə Qara Dənizdə hərbi donanmasının hegemonluq iddiası qarşısında Gürcüstanın önəmini artırır. Gürcüstan Aİ və Qərb dünyası üçün önəmlidir. Ancaq yaxın zamanlarda Gürcüstanın bu ittifaqa bərabərhüquqlu üzv olacağını gözləmirəm. Birincisi, Gürcüstan islahatlar baxımından buna hazır deyil. Çünki ölkədə hələ də siyasi cəhətdən böyük çatışmazlıqlar var. Ölkə iqtisadi cəhətdən də Aİ-yə üzv olamağa hazır deyil. Eyni zamanda sözügedən təşkilatın xarici siyasəti var ki, bu da yaxın gələcəkdə Gürcüstan və Ukrayna kimi ölkələrin Aİ-yə qəbul edilməsinə hazır olmadığını göstərir. Bu gün aidiyyəti quruma prioritet olan xarici siyasət əsasən Balkan ölkələrinin ittifaqa üzv olmasıdır. Önə çıxan ölkələr Serbiya, Şimali Makedoniya, Bosniya-Hersoqonvinadır. Bu ölkələrin Rusiya və regionda olan digər dövlətlərin geosiyasi maraqları çərçivəsinə düşməməsi üçün Aİ-yə üzvlüyü nəzərdə tutulur. Fikrimcə, məhz qeyd etdiyim Balkan ölkələri yaxın perspektivdə ittifaqa üzv olacaq. Gələcəkdə əlbəttə ki, Gürcüstanın da bu təşkilata üzv olmaq ehtimalı var. Təbii ki, bu, Gürcüstanın daxilində aparacağı ciddi islahatlarla bilavasitə əlaqəli olacaq”.
N.Miri hesab edir ki, Gürcüstanın adıçəkilən quruma üzvlüyü region üçün müəyyən üstünlüklər vəd edir:
“Çünki Qərb dünyası hələ də dünyada texnoloji inkişaf baxımından ən öndə gedən aparıcı məkan və dövlətlər birliyidir. Bu baxımdan Gürcüstanın Aİ-yə inteqrasiyası digər Cənubi Qafqaz ölkələrinə müəyyən mənada təsir edəcək. Bu, təkcə iqtisadi inkişafla bağlı deyil, demokratiya, insan hüquqlarının qorunması, humanitar və digər məsələlərlə bağlıdır. Gürcüstanın uzaq perspektivdə sözügedən quruma üzvlüyü Azərbaycan üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya