İƏT-in keçmiş baş katibi: "Azərbaycan İslam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir"
Yusif Nəzərli
07:30 15.03.2023
Siyasət
297
“Azərbaycan İslam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir”.
“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, islamofobiya bütün İslam dünyasını və eyni zamanda bəşəriyyəti narahat edən bir təhlükənin adıdır: “Qərbin islam dünyasına qarşı göstərdiyi bu münasibət köhnə xəstəlikdir. Sadəcə son illər kommunikasiyanın inkişafı ilə bu hal daha çox diqqəti cəlb edir. Ona görə də Bakıda keçirilən konfrans problemin akademik səviyyədə müzakirəyə çıxarılması üçün münbit şərait yaradıb”.
Keçmiş baş katib vurğulayıb ki, islamofobiyanın təzahürləri hər ölkədə fərqli formada özünü göstərir: "Qarabağda baş verən hadisələrə ümumi şəkildə yanaşılmalı olduğu halda, bir çox hallarda problemə erməni-azərbaycanlı, dolayısı ilə xristian-müsəlman formatında yanaşılıb".
E.İhsanoğlu bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər, məscidlərin dağıdılması, təhqir edilməsi də islamofobiyanın ən böyük təzahürlərindən biridir: "Sevindirici haldır ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bu işğala son qoydu və tariximizə, mədəniyyətimizə qarşı törədilən vəhşiliyə son verildi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual