Kənar qüvvələrə şans vermək olmaz
Yusif Nəzərli
10:34 14.10.2021
Siyasət
616
Fransa Qarabağ prosesindən uzaq tutulmalıdır
“Fransa Rusiya və ABŞ-la “Dağlıq Qarabağ”la bağlı uzunmüddətli müqavilə bağlamaq üçün çalışır”. Bu barədə Fransanın Ermənistandakı yeni təyin olunmuş səfiri Anne Luyo “Azadlıq” radiosuna müsahibəsində deyib. Lakin səfir danışıqların təfərrüatı barədə məlumat verməyib. Qeyd edib ki, ATƏT-in Minsk qrupunun üç həmsədrinin prosesdə iştirakı zəruridir: “Minsk qrupu artıq fəallaşıb. Nyu-Yorkda irəliləyiş qeydə alınıb. Digər həmsədrlərlə birlikdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü təyin etdik. Düşünürəm ki, Ermənistan və Azərbaycan da hərəkət etməlidir”.
Səfirin açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Rusiyanın münaqişənin həll edilməsində hansısa cəhdlərini yenə də müəyyən mənada anlamaq olar, amma Fransa və Amerikanın həmsədr kimi canfəşanlığı heç bir əndazəyə sığmır. Siyasi şərhçi vurğulayıb ki, Fransanın bu məsələyə ən yaxşı köməyi prosesdən uzaq durmasıdır:
“Fransa və digər həmsədrlər prosesin həllini "status" məsələsinin həll edilməsi çərçivəsində görürlər. Bizim üçün bu məsələ həll edilib və proseslərin gedişində “status” məsələsi yoxdur. Həmsədrlərin inadla özlərini prosesə calaq etmək istəyi “münaqişənin” hələ də həll edilmədiyi görüntüsü yaratmaq cəhdidir. Ermənipərəst Fransanın üzərində çalışdığı hansısa müqavilə Azərbaycanın yox, Ermənistanın maraqlarına xidmət edəcək. Rusiya “status” məsələsini gələcəyə saxlamaqla öz planlarını gündəmdə saxlamaq istəyir. Fransa Qarabağın ermənilər yaşayan hissəsinə hansısa “statusun” verilməsinə çalışır. Onlara görə bu “status” müstəqillik şəklində olmalı, ayrı “dövlət” qurumlarına xidmət etməlidir. Belə bir təkliflə çıxış edən Fransanın prosesə hansısa müsbət təsirinin olması qeyri-realdır və qəbuledilməzdir”.
A.Qasımov qeyd edib ki, liderlər arasında görüşün baş tutması gözlənilir. Bu prosesə kənar qüvvələrin qarışması yaxşı deyil:
“Həmsədrlər prosesə kömək etmək istəyirsə, hər iki ölkənin rəhbərlərinin təkbətək görüşlərindən sonra gələcəkləri nəticəni reallaşdırmaq və təminat vermək prosesində iştirak etsinlər. Əks halda onların ölkələrinin geosiyasi maraqları bu prosesə köməkdən çox ziyan vuracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm