Kreml narahatdır! “Azərbaycanla bağlı planları pozulur” – Təxribatın sirr pərdəsi...
Fidan Həmişəyeva
10:37 09.07.2021
Siyasət
614
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimovla Ermənistanın müdafiə naziri Vaqaraşak Arutyunyan arasında telefon danışığı olub. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Telefon danışığında Ermənistanın Geqarkunik və Sünik vilayətlərindəki vəziyyət müzakirə edilib. V.Gerasimov və V.Arutyunyan Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.
Məlum telefon danışığını “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, tərəflərin danışığı barədə mətbuatda təbliğatın aparılması Rusiya tərəfindən düşünülmüş növbəti təxribatdır:
“Rusiya nə 10 noyabr 2020-ci il qələbəmizi, nə 15 iyun 2021-ci il Şuşa Bəyənnaməsini, nə də Prezidentin 7 iyul iqtisadi rayonlaşma fərmanını qəbul edə bilir. Çünki rəsmi Moskvanın Cənubi Qafqaz siyasəti, Azərbaycanla bağlı planları pozulur. Təbii ki, həmişə “ayı gücündən” istifadə edən Kreml ölkəmizdən bu qədər zəkalı siyasət gözləmirdi. İndi isə nə açıb-ağarda, nə də başqa cür addım ata bilirlər. Sözügedən telefon danışığı əslində Azərbaycanın daxili işinə müdaxilədir.
Ermənistanla müzakirə edilən məsələ bizi maraqlandırmır, ancaq məhz sərhəd bölgəsi barədə müzakirənin aparılması daha çox Azərbaycan-Ermənistan arasındakı sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Təbii ki, bu durum bizi narahat edir. Amma bir məqam var. Ermənistanla Rusiya arasında birləşmiş ordu yaradılıb. Artıq Rusiya bilərəkdən müəyyən addımlar atır. Putin Paşinyanla görüşdə Qarabağ və onun ətrafı məsələsini gündəmə gətirdi. Rusiya XİN başçısı Sergey Lavrov isə Uzaq Şərq Universitetində tələbələrlə görüşdə yenidən Qarabağın statusu barədə danışdı”.
Professor qeyd edib ki, tərəflərin məlum danışıqda Azərbaycan ərazisində sülhməramlı adı ilə müvəqqəti yerləşdirilən rus ordusunun durumunu müzakirə etməsi dövlətimizə nəinki mesaj, həm də siyasi təzyiqdir:
“Guya bizi təhdid edirlər. Ermənistan müdafiə naziri kimdir ki, Azərbaycan ərazisində olan başqa dövlətin müvəqqəti ordusu barədə müzakirə aparır? Bütün bunlar BMT nizamnaməsinin həm 6-cı, həm də 7-ci fəslində nəzərdə tutulan maddələrinin kobud şəkildə pozulmasıdır.
Bəs, bu siyasi təzyiq nəyə xidmət edir? Birincisi, Azərbaycanda iqtidar ordu və iqtidar xalq birliyində siyasi “çat” yaratmaq istəyirlər. İkincisi, dövlətini və millətini sevən əhalimizin siyasi təcrübəsi olmadığı üçün onlarla iqtidar arasında gərginlik yaratmağa çalışırlar. Bu, həmçinin Türkiyəyə mesajdır. Yəni ki “Cənubi Qafqazın sahibi mənəm, vassalım isə Ermənistandır”. Bu telefon danışıqlarının arxasında Rusiyanın Azərbaycanı yenidən işğal etmək üçün ordu təxribatları dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya
Afrikanın altında 660 min kubkilometrlik nəhəng su ehtiyatı var
14:24 10.08.2026
Aktual
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?
14:21 10.08.2026
Gündəm
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb
14:11 10.08.2026
Gündəm
Meloninin kreslosu təhlükədə: Anketlərdə gerilədi, yeni gediş etdi
14:10 10.08.2026
Dünya