KTMT liderləri İrəvana toplaşır - Nələr gözlənilir?
Yusif Nəzərli
22:21 18.11.2022
Siyasət
492
Əleyhimizə hər hansı qərar gözlənilmir
Putin səfər öncəsi Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq. Ukraynaya qarşı işğalçı müharibə başlayandan bu yana xarici səfərlərə çıxmayan, hətta “böyük iyirmilərin” toplantısına qatılmayan Rusiya Prezidenti Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki “böyük iyirmilərin” İndoneziya toplantısından fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Vladimir Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb. Analitik qeyd edib ki, Kreml sahibinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndinə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil: "Putin bunu edərsə, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan əlindən gələni edəcək ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin. Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana, təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər. Bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq, əksinə, erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördüz, KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya