Milli Məclisin buraxılması günün tələbi idi: Yeni parlament islahatlara təkan verməlidir
Fidan Həmişəyeva
12:57 04.12.2019
Siyasət
765
Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var.
Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib.
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.
Parlamentin buraxılmasını Sherg.az-a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, verilən qərar ölkədə aparılan islahatların davamı kimi qiymətləndirilməlidir.
Analitik bildirib ki, parlamentin buraxılması barədə söz-söhbətlər artıq 6 aydır ki, gedirdi:
“Müxtəlif siyasilər və politoloqlar tərəfindən bu hadisənin baş verəcəyi proqnozlaşdırılırdı. Çünki bir neçə aydır ki, Prezident ortaya siyasi iradə qoyaraq ölkədə ciddi kadr və sturuktur islahatları aparır. Prezident idaəetməni daha peşəkar, dinamik və çevik bir hala gətirməyə çalışır. Artıq Prezident Admistrasiyasının özündə də ciddi sturuktur və kadr islahatları həyata keçirilib. Bütün dünyada hakimiyyətin 3 qolu var: Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Ölkəmizdə icraedici hakimiyyətdə demək olar ki, islahatlar başa çatıb. Növbə hakimiyyətin qanunverici qoluna, yəni parlamentə gəlib çatıb. Qanunverici orqan bütün dünya ölkələrində həlledici əhəmiyyətə malik olan sturukturdur. Qanunları qəbul edir, bəzi kadr dəyişikliklərini və dövlətin büdcəsini təsdiqləyir. Bir sözlə, qanunverici orqan çox əhəmiyyətli işlər görür”.
Politoloq qeyd edib ki, son dövrlər parlamentin bir çox üzvü etdiyi hərəkətlərə görə işdən çıxarılıb, bəziləri vəfat edib:
“Həmçinin parlamentdə yaşı 80-i keçmiş bir neçə nəfər deputat var idi. Ümumiyyətlə, pensiya yaşına çatmış adamlar parlamentin ən azı 30-40 faizini təşkil edirdi. Demək olar ki, parlament "yaşlılar məclisi"nə çevrilmişdi. Bunu nəzərdə tutaraq bir çoxları ehtimal irəli sürürdü ki, idarəetmədə kəskin siyasi islahatlar aparan Prezident yəqin ki, yeni parlamentin seçilməsinə təkan verəcək. Düzdür, bu məsələ birbaşa Prezidentin təşəbbüsü ilə olmadı. Bu təşəbbüsü parlamentdə çoxluq təşkil edən YAP-ın Siyasi Şurası irəli sürdü. Parlamentdə dövlət büdcəsi təsdiq edildikdən sonra qərar alındı ki, artıq yetərsay olmadığna görə parlamenti buraxmaq lazımdır. Beləliklə bunun üçün Prezidentə müraciət edildi. Ölkə başçısı isə bu məsələnin nə dərəcədə Konstitutsiyaya uyğun olub-olmamasını ekspertizadan keçirmək üçün Konstitutsiya Məhkəməsinə sorğu göndərdi. Ölkəmizdə bütün qanunların necə icra ediləcəyinə nəzarət edən orqan Konstitutsiya Məhkəməsidir. Konstitutsiya Məhkəməsi də artıq bir neçə gündür ki, çıxarılan qərarın ekspertizasını həyata keçirdi və bu gün qərar qəbul etdi ki, Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur. İndi qalıb Prezidentin parlamentin buraxılması haqqında sərəncamı və yeni seçki gününü təyin etməsi. Dövlətimiz üçün xeyirli, uğurlu olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman