
Müharibənin davamı Ukrayna üçün faciəvi nəticələr gətirəcək - RƏY
11:09 24.12.2024
Siyasət
553
Zelenski və onun ətrafı Ukrayna bundan da betər vəziyyətə düşməmiş təcili şəkildə bu savaşı sonlandırmalıdır
“Ukraynadakı silahlı münaqişə 2025-ci ildə başa çatacaq”.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin yeni ildə bitməsi ehtimalı yüksəkdir:
“Mən buna əminəm, müharibə 2025-ci ildə başa çatacaq. Münaqişə ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhvi ilə bitəcək”.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Prezidenti Vladimir Putin arasında dekabrın 11-də telefon danışığı baş tutub. Danışıq zamanı Ukraynada davam edən müharibə müzakirə edilən əsas mövzulardan biri olub.
Qeyd edək ki, Macarıstan Baş naziri yeni il bayramı dövründə Rusiya və Ukrayna arasında mümkün atəşkəslə bağlı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıq aparmaq istəsə də, rədd cavabı almışdı.

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, münaqişənin başa çatması ilə bağlı fikirlər sok zamanlar təkcə Viktor Orbandan deyil, Ukraynanın öz rəsmi nümayəndələrindən də səslənir:
"Bu günlərdə Ukraynanın Prezident ofisinin müşaviri açıqlama verdi ki, Ukrayna danışıqlara hazırdır. Müharibənin başa çatacağını daha çox ABŞ-də Donald Trampın Prezident seçilməsi ilə əlaqələndirilir. ABŞ-nin yeni administrasiyası Tramp başda olmaqla hesab edirlər ki, müharibə indiki formatda Rusiyanın indiyə qədər tutduğu ərazilərin qalması şərti ilə müharibə təcili şəkildə bitməlidir. Digər tərəfdən Ukraynanın da bu məsələlərdə əsas dəstəkçisi ABŞ-dir. Əgər Tramp geri çəkilərsə, Ukrayna Rusiya ilə bacara bilməyəcək. Hələ indiyə qədər olan dəstəklə böyük nəticə göstərməyib. Ümumiyyətlə Viktor Orban Putindən daha çox ABŞ-nin yeni seçilmiş Prezidentinin siyasətinə uyğun olaraq fikir bildirir. Eyni zamanda Putin də daha çox torpaq zəbt etmək və Ukraynanı daha çox diqtə edilən sülh şərtləri ilə razı salmaq üçün hücumlarını və təzyiqini artırıb. Müharibənin davamı Ukrayna üçün faciəvi nəticələr gətirəcək. Həmçinin Zelenski və onun ətrafı Ukrayna bundan da betər vəziyyətə düşməmiş təcili şəkildə bu savaşı sonlandırmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat