
Parlamentari: Azərbaycan Türkiyənin sülhə verdiyi töhfəyə kömək göstərmək niyyətindədir
11:20 17.12.2024
Siyasət
449
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşündə Yaxın Şərqdəki vəziyyətə toxunulub.
Prezident İlham Əliyev Əsəd rejiminin çökməsindən sonra qardaş Türkiyə ilə məsləhətləşərək Suriya xalqının üzləşdiyi humanitar problemlərin həllinə dəstək verməyə hazır olduğunu bir daha qeyd edib.
Milli Məclisin deputatı Elman Nəsirov “Sherg.az”a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 16-da Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallageri qəbul etdi:

“Görüş əsnasında Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin dinamik inkişaf tempinə malik olduğu vurğulanıb. Xüsusilə də 2016-ci ildə Roma Papasının Azərbaycana gəlməsi və 2020-ci ildə İlham Əliyevin Taxc-Taca səfəri qeyd olunub. Bütün bunlar ikitərəfli siyasi dialoqun yüksək səviyyədə olduğu fikrini təsdiqləyir. Eyni zamanda Paul Riçard Qallageri ölkəmizə səfərinin məqsədini lI İvan Pavelin şərəfinə katolik kilsəsinin tikilməsinə görə yerin ayrılması məsələsinə hesablandığını söyləyib. O, İlham Əliyevə belə bir təşəbbüsə görə təşəkkür edib. Bu Azərbaycan katolik icması sözügedən qərardan çox məmnun oldu. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmiz multikultural dövlətdir. Bu bizim dövlət siyasətimiz və zənginliyimizin ifadəsidir. Ona görə də ölkəmizdə müxtəlif dinlərin daşıyıcıları bir ailə kimi yaşayırlar və biri-birilərini dəstəkləyirlər. Ölkəmiz COP29 uğurla ev sahibliyi etdi və tədbir ərəfəsində Dünya dini liderlərinin Sammiti baş tutdu. Sammit bir daha sübuta yetirdi ki, Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi və yayıldığı mühim mərkəzlərdən birinə çevrilib. Görüş zamanı Yaxın Şərqdəki son vəziyyət müzakirə olundu və İlham Əliyev bölgə ilə bağlı narahatlıqlarını qeyd etdi. Həmçinin söylədi ki, Azərbaycan Bəşər Əsəddən sonrakı Suriyada gərginliyin aradan qaldırılması və mübahisəli məsələlərin sülh yoluyla həllini dəstəkləyir. Azərbaycan qardaş Türkiyə ilə birgə həmin problemlərin həllində yaxından iştirak etməyi düşünür. Azərbaycan Türkiyənin sülhə verdiyi töhfədə və əhalinin hümanitar sahədə üzləşdiyi problemlərin həllinə kömək göstərmək niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm