
Paşinyan sülh sazişinin imzalanmasına hazır deyil
Yusif Nəzərli
15:38 17.03.2023
Siyasət
818
Baş nazir bilərəkdən prosesi uzatmağa çalışır
“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentin iclasında deyib.
O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.
Avropa ölkələri və Rusiyanın prosesin uzanmasında maraqlı olduğunu deyən BDU-nun jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli "Şərq"ə bildirib ki, Paşinyan ziddiyətli açıqlamalar verərək vaxt qazanır:
"Onun məqsədi Ermənistan ordusunun və cəmiyyətinin güclənərək Azərbaycanın qarşısında daha əlverişli şərtlərlə çıxış etməsidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Paşinyana sülh müqaviləsinin bağlanması üçün Qərb və Rusiya tərəfindən sözdə də olsa basqılar olunur. Yəni güya bütün tərəflər sülh sazişinin imzalanmasında maraqlıdır.

Paşinyan da bu mənada belə açıqlamalar verir. Amma xatırlayırsızsa, Prezidentin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, Ermənistanın təklif etdiyi mətndə və Azərbaycanın yanaşmasında fundamental uyğunsuzluq var. Uyğunsuzluq olan bir sənəddə isə hansısa məsələlərin razılaşdırılmasının əhəmiyyəti qalmır. Uyğunsuzluq isə bundan ibarətdir ki, Nikol Paşinyan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini gündəmə gətirmək istəyir. Azərbaycan tərəfi isə haqlı olaraq Qarabağın Ermənistana heç bir aidiyyəti olmadığını və Qarabağ ermənilərinin inteqrasiya məsələsinin Bakının şəxsi işi olduğunu vurğulayır".
Analitikin sözlərinə görə, Azərbaycan tərəfinin yanaşmasında iki şərt yürüdülür:
"Birincisi, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, digəri isə Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasıdır. Ümumiyyətlə, görünən odur ki, Nikol Paşinyan daxilən sülh sazişinin imzalanmasına hazır deyil və o, bilərəkdən prosesi uzatmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual