"...Qazaxıstanda bölgədə önəmli bir oyunçuya çevrilir"
Yusif Nəzərli
16:58 18.03.2023
Siyasət
691
"Qazaxıstan Rusiya ilə maliyyə sahəsində ehtiyatlı əməkdaşlığa çalışır. Qazaxıstan həmçinin Rusiya ilə ticarətdən aslıdır. Ona görə ehtiyatlı davranır.
Qazaxıstanın xarici siyasətində Qərb üçün əsas problem kölgə iqtisadiyyatıdır. Aİ və ABŞ-ın araşdırmalarına əsasən Qazaxıstan, Özbəkistan, BƏƏ, Türkiyə və Ermənistan Rusiyaya Qərb mənşəli texnologiyaların tədarükündə əsas tranzit rolunu oynayırlar. Misal üçün Aİ və ABŞ tərəfindən Rusiyaya Qərb istehsalı olan texnologiyaların ixracı qadağan edilib. Lakin Bloomberg qeyd edir ki, Aİ və ABŞ Ermənistan, BƏƏ, Türkiyə və Qazaxıstana texnologiya ixracını artırıb. Eyni zamanda bu ölkələrin də Rusiyaya ixracı kəskin artıb. Rusiya həmin ölkələr vasitəsilə Qərb texnologiyalarını əldə etməyə çalışır. Aİ və ABŞ sanksiyalardan yayınan ölkələrə qarşı yeni monitorinq elan edib".
Bunu "Sherg.az"a açıqlamasında MAMM Türküstan Araşdırmalar Departamentinin əməkdaşı, siyasi şərhçi Kamran Sultanlı deyib.
O bildirib ki, Qazaxıstan hazırda Qərbə neft ixracında Rusiyadan aslıdır:
"Ukrayna müharibəsi başlayandan bəri, Rusiya müxtəlif bəhanələrlə iki dəfə Qazaxıstan neftinin Rusiyanın Novorosiysk limanından ixracına imkan verməyib. Buna görə də Qazaxıstan hazırda Orta dəhlizə və Azərbaycan marşurutuna daha çox əhəmiyyət verir.
Tokayevin son Bakı səfəri zamanı Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı müttəfiqlik münasibətlərinə dair bəyannamə imzalanıb. Qazaxıstan hazırda Xəzərdə Gəmi Bərə donanması üzərində işləyir. Azərbaycan 3-ə yaxın gəmi bərə ilə əsas təminatçı idi. Qazaxıstan həmçinin Aktau və Mangistau limanlarını genişləndirilməyi planlaşdırır. Çindən gələn yüklərin Avropaya daşınmasında önəmli halqa olacaq. Qazaxıstan öz neftini Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac etməyi nəzərdən keçirir. Əgər gerçəkləşərsə, Qazaxıstan Rusiya asılılığını azaldacaq. Lakin Azərbaycan kəmərlərində texniki məsələlər, diametr tədarük həcmi ilə bağlı müəyyən problemlər var".
Siyasi şərhçinin qənaətincə, Qazaxıstan Türkiyə və Azərbaycanla birlikdə üçlü əməkdaşlıq platformasını da genişləndirməyə çalışır:
"Türkiyə ilə Qazaxıstan arasında hərbi məsləhətləşmələrə dair anlaşma, Qazaxıstanın Bayraktar PUA-ı ilə maraqlanması, Türkiyə ilə birlikdə birgə təlimlərin keçirilməsi, Qazaxıstan-Azərbaycan-Türkiyə Türküstan-Cənubi Qafqaz-Anadolu əməkdaşlıq platforması, burada Çindən başlayaraq Qərbə qədər gedən Orta dəhlizin artan əhəmiyyəti, Qazaxıstanın rolunu artırır. Təsadüfi deyil ki, həm Çin, həm Rusiya həm Qərb həm də Türkiyə Mərkəzi Asiyada öz təsirini artırmaq istəyir. Qazaxıstan isə fərqli güclər arasında çoxvektorlu siyasətlə, və manevrlə öz müstəqilliyini və təhlükəsizliyini qorumaq və iqtisadiyyatını inkişaf etdirməyi nəzərdən keçirir.
Orta dəhlizin əhəmiyyəti artdıqca Qazaxıstanda bölgədə önəmli bir oyunçuya çevrilir. Qloballaşmanın zəiflədiyi, qütbləşmə və regional fraqmentasiyanın artdığı dönəmdə regional ittifaqlar Qazaxıstan üçün prioritet təşkil edir. Şübhəsiz, bu Türk Dövlətləri Təşkilatı üçün geniş perspektivlər vəd edir. Eyni zamanda Qazaxıstan AŞPA, Aİİ, ŞƏT kimi iqtisadi təşkilatlar vasitəsilə, Aİ ilə əməkdaşlıqla iqtisadiyyatını şaxələndirilməyə və öz rolunu artırmağa səy göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual