
Referendum: İdarəçilik bələdiyyələrə verilməlidir-İqbal Ağazadə
12:41 17.11.2023
Siyasət
448
Azərbaycanda referendumun keçirilməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Bir qisim hesab edir ki, konstitusiyada ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Vurğulanır ki, proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, həmçinin Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin reallaşması olduqca vacibdir. Hətta bəzi deputatlar Milli Məclisin payız sessiyasında bu məsələnin gündəmə daşınacağını da iddia etmişdilər. Ara-sıra müzakirələr aparılsa da, referendumun keçirilməsi və qanunvericilikdə köklü dəyişikliklərlə bağlı konkret addımlar atılmır.
Mövzu ilə bağlı “Sherg.az” a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, referendum məsələsinin aktual olmasının əsas səbəbi 1995-ci ilində Azərbaycan Konsitutusiyasında parlament sayı müəyyənləşdirilərkən Azərbaycanda təxminən 4 milyon 500 min seçici var idisə, indi bu sayın 6 milyon 500 min olmasıdır:

“Yəni seçici sayında 2 milyon artım var. Belə olan halda sözü gedən məsələyə diqqət ayrılmalıdır. Artan 2 milyon seçici ya düzgün bölünməlidir yada yeni dairələr yardılmalıdır. Bir dairədə nə qədər seçici olması norması müəyyən olunmalıdır”.
İ. Ağazadə həmçinin Avropa Şurasına daxil olarkən iri şəhər bələdiyyələrinin seçilməsi ilə bağlı Azərbaycanın öz üzərinə öhdəlik götürdüyünü vurğulayıb:
“Bunu da mütləq şəkildə yerinə yetirmək lazımdır. İdarəçiliyin də böyük hissəsi bələdiyyələrə verilməlidir. Refendumun qəbul olunub olunmaması bizdən və təkliflərimizdən aslı deyil. Azərbaycan hakimiyyəti bunla bağlı qərar qəbul edərsə, referendum çıxarılacaq məsələlərin hansının aktual hansının cəmiyyət üçün faydalı olmayacaq olduğu ilə bağlı təkliflərimizi bildirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region