Rusiya Cənubi Qafqazda uzunmüddətli və real sülhə maraq göstərmir - Analitik
07:21 12.07.2025
Siyasət
449
Əbu-Dabidə baş tutan danışıqlar təkcə sülhün yox, həm də yeni regional düzənin əsasını qoya bilər
"Azərbaycan və Ermənistan arasında növbəti sülh danışıqlarının Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi bölgədə diplomatik prosesin yeni mərhələyə qədəm qoyduğunu göstərir".
Bunu Sherg.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib. Siyasi şərhçi bildirib ki, bu, sadəcə iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqaz üçün əhəmiyyətli bir mərhələdir:
"Son günlərdə Azərbaycan-Rusiya münasibətlərində yaşanan gərginlik də məhz bu sülh danışıqlarının fonunda baş verdi. Aydındır ki, Rusiya Cənubi Qafqazda uzunmüddətli və real sülhün bərqərar olmasında maraqlı deyil. Moskva regionda öz təsir imkanlarını itirməmək üçün gərginlik alovlarını söndürmək deyil, onu idarə etmək siyasəti yürüdür. İranın mövqeyi də birmənalı deyil. Tehran, xüsusilə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla, Ermənistanın sərhədlərinin toxunulmazlığı adı altında Azərbaycanın suveren təşəbbüslərinə mane olmağa çalışırdı. Lakin son İsrail-İran qarşıdurmasından sonra Tehran regional məsələlərdə daha ehtiyatlı və passiv davranmağa məcbur qalıb. Azərbaycan ilə Ermənistan arasında hələ də tam formatlı sülh müqaviləsi imzalanmayıb. Halbuki, bu sənəd regionda yeni səhifənin açılması üçün əsas şərtdir. Sülh müqaviləsi yalnız atəşkəsin rəsmiləşdirilməsi deyil, həm də gələcək əməkdaşlıq üçün çərçivə yaradacaq hüquqi bazadır".
Analitik qeyd edib ki, bu istiqamətdə ən vacib məsələ Ermənistanın qonşularına qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməsi və konstitusiyasında bu istiqamətdə müvafiq dəyişiklikləri etməsidir:
"Əks halda sülh danışıqları formal xarakter daşıyacaq. Zəngəzur dəhlizinin açılması Azərbaycanın təkcə iqtisadi deyil, geosiyasi maraqları üçün də həyati əhəmiyyət daşıyır. Bu dəhliz region dövlətlərini birləşdirən mühüm nəqliyyat və logistika xəttidir. Ermənistan bu məsələdə real addım atmaqla regionda inteqrasiyanın parçasına çevrilə bilər. Cənubi Qafqaz artıq yeni bir dövrə qədəm qoymalıdır. Bu dövrdə regional təşəbbüslər əsas oyun qaydasına çevrilməli, bölgənin gələcəyi xarici güclərin deyil, məhz region ölkələrinin qərarları ilə müəyyənləşdirilməlidir. Bu baxımdan Türkiyə, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda balanslı və davamlı sülhə töhfə verməli, Rusiyanın təxribatçı siyasətinə qarşı birlik nümayiş etdirməlidirlər. Əbu-Dabidə baş tutan danışıqlar təkcə sülhün yox, həm də yeni regional düzənin əsasını qoya bilər. Bunun üçün isə qətiyyət, siyasi iradə və regiondaxili əməkdaşlıq əsas şərtlərdir. Cənubi Qafqaz Qərblə Şərqin arasında bir barış və əməkdaşlıq körpüsünə çevrilə bilər, əgər bu tarixi fürsət düzgün dəyərləndirilərsə..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi