Rusiya səmimi deyil:“Üçtərəfli bəyanatda ona da öhdəlik düşür”
Fidan Həmişəyeva
14:24 09.07.2021
Siyasət
632
“Təəssüf ki, Kreml bu öhdəliklərin əksəriyyətini yerinə yetirmir”
“Bu günlərdə Ağdamda atəş açıldı, hərbçilərimizdən biri yaralandı”
“Nəzərə alsaq ki, bu əraziyə nəzarəti rus sülhməramlıları həyata keçirirdi”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağla bağlı üçtərəfli bəyanatların ardıcıl həyata keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindəki müəyyən ərazilərdəki vəziyyət, sərhədin beynəlxalq hüquqi qeydiyyatının olmamasının nəticəsidir. Ümumi fonu isə tərəflər arasında qarşılıqlı etimadın olmaması daha da ağırlaşdırır:
“Dəfələrlə vurğulamışıq ki, bu problemin davamlı və uzunmüddətli həlli olaraq, Azərbaycan ilə Ermənistan arasındakı sərhədin delimitasiyası, ardınca demarkasiyası işlərinin tezliklə başlanılmasında görürük. Lazımi konsultativ yardım etməyə hazırıq. Hazırda xarici siyasət və müdafiə qurumları, həmçinin sərhəd xidmətləri ilə (o cümlədən gərginliyi azaltmaq məqsədi ilə) təmaslar davam edir”, - deyə o bildirib.
Zaxarovanın sözlərinə görə, bir sıra məsələlər iyulun 7-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın görüşündə müzakirə edilib:
“Üç ölkə liderlərinin ötən il 9 noyabr və bu il 11 yanvar tarixli bəyanatlarının ardıcıl həyata keçirilməsinin vacibliyi təsdiqlənib. Biz danışığımızı və praktikada həyata keçirdiyimizi yenidən təsdiqləyirik. Rusiya Qarabağda dinc həyatın qurulmasına, İrəvanla Bakı arasında etimadın gücləndirilməsinə töhfə verməyə hazırdır”.
Siyasi elmlər doktoru Sabir Məmmədli Zaxarovanın açıqlamasında nə dərəcədə səmimi olub-olmadığına dair fikirlərini “Sherg.az”la bölüşüb.
Onun sözlərinə görə, Rusiya verdiyi vədlərə əməl etmir və ona görə də sözügedən açıqlamalar səmimi deyil:
“Üçtərəfli bəyanatdan sonra Rusiyanın üzərinə bir sıra öhdəlik düşürdü. Təəssüf ki, Kreml bu öhdəliklərin əksəriyyətini yerinə yetirmir. Bu günlərdə Ağdamda atəş açıldı, hərbçilərimizdən biri yaralandı. Nəzərə alsaq ki, bu əraziyə nəzarəti rus sülhməramlıları həyata keçirirdi. Digər tərəfdən Rusiya yuxarı Qarabağda erməni qaçqınlarını yerləşdirməklə məşğuldur.
Rəsmi Moskva həmçinin beynəlxalq hüquqa görə, qeyri-qanuni hesab olunan erməni terrorçularının həbs olunmasını gündəmə gətirmir. Vaxtilə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarların həbsinə laqeyd yanaşır”.
S.Məmmədli qeyd edib ki, Ermənistan hərbi qüvvələri rus sülhməramlılarının nəzarətindədir. Rusiya istəsə təxribatların baş verməsinə mane ola bilər:
“Bir sözlə, rəsmi Moskva üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, ancaq istənilən proseslərə müdaxilə edir. Məsələn, üçtərəfli bəyanatda yazılmışdı ki, İrəvandan erməniləri gətirib Xankəndiyə yerləşdirsinlər?. Təbii ki, yox. Bütün bunlar da ondan xəbər verir ki, Rusiya bölgədə yalnız öz maraqlarını güdməklə məşğuldur.
Əlbəttə, bu durum Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. Sözsüz ki, son günlər Rusiyanın istər prezidenti, istər XİN başçısı bölgədə təxribata maraqlıdır. Bu durum xüsusilə Şuşa Bəyannaməsindən sonra üzə çıxdı. Gördülər ki, Türkiyə NATO vasitəsilə bölgəyə daxil olur. Həmçinin Amerika, İtaliya kimi ölkələr də Azərbaycana dəstək verir.
Prezidentin 7 iyul iqtisadi rayonlaşma ilə bağlı fərmanı da Rusiya və Ermənistanda ciddi narahatlıq yaradıb. Kreml belə bir fərmanın verilməsini gözləmirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm