Rusiyaya mesaj verildi! - Bakı "qaranlıq plana" imkan verməyəcək
Yusif Nəzərli
21:19 18.11.2022
Siyasət
571
Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bir sıra məqamlara diqqət çəkib. Dövlət başçısı bir müddət öncə separatçılara dəstək üçün Xankəndinə gələn, daha doğrusu, göndərilən milyarder Ruben Vardanyan barəsində də danışıb. Ölkə rəhbəri vurğulayıb ki, Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox: "O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır".
Dövlət başçısının diqqət çəkdiyi məqamı "Şərq"ə təhlil edən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyev Qarabağa gətirilən Ruben Vardanyanla bağlı mövqeyini açıq mətnlə elan etdi. Analitikə görə, Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək: "Qərb izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır. Amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır. Əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Aİ elçisini qəbul edərkən dilə gətirməsidir. Bu haqda öncə də yazmışdıq. Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir. Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox. Erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasına istəmir. Burada Vardanyan oyununun hədəfi ortaya çıxır. Təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir. Bakı bunu qəbul etmir. Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndinə gətirdilər. Qondarma “dövlət naziri” etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq. Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndidə təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı".
Ekspert bildirib ki, Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır: "Planı quran və icra edən Rusiyadır. Lakin Ermənistan və erməni lobbisi də ortaqdır. Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir. Ölkə rəhbəri İlham Əliyev məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur, bunu qəbul etməyəcəyik. “Azərbaycan, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Rusiya arasında konsensus” məsələsi də təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını arxa plana keçirməyə hesablanıb. Bakı tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajı verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya