
Türkiyə Ermənistan-Azərbaycan sülhünün tez bir zamanda imzalanmasında maraqlıdır -Politoloq
13:10 14.07.2025
Siyasət
620
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı aparıb. Bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
R.T.Ərdoğan telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını Türkiyənin diqqətlə izlədiyini və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəklərini qeyd edib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:

"Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin tez bir zamanda baş tutmasında maraqlıdır. Çünki Ankara çox gözəl başa düşür ki, regionda öz maraqlarını ifadə etmək istəyən başqa güc sahibi olan dövlətlər var. Məsələn İran və yaxud Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, digər tərəfdən Ermənistan Türkiyənin qonşudur. Bu gün də hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmadığına görə Türkiyə ilə Ermənistan arasındakı sərhəd məntəqəsi bağlıdır və iki dövlət arasında rəsmi-diplomatik korpus mövcud deyil. Ona görə də Ermənistanın baş nazirinin Türkiyəyə rəsmi səfəri və həmin səfər çərçivəsində Ərdoğanla görüşü, eləcə də görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparılması diqqət çəkir. Digər tərəfdən, Ərdoğanın İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündən sonra Əbu-Dabiyə etdiyi telefon zəngi tamamilə başa düşüləndir".
Ekspert Türkiyənin Cənubi Qafqazda sülhün bərqərar olmasında, kommunikasiya xətlərinin açılmasında maraqlı olduğunu bildirib:
"Ankara Ermənistanla diplomatik münasibətlər bərpa olunmasını və Zəngəzur dəhlizinin açılmasını istəyir. Böyük ehtimalla Zəngəzur dəhlizi ABŞ-yə aid özəl şirkətə veriləcək. Ancaq həmin yolun təhlükəsizliyi yəqin ki, NATO İttifaqına daxil olan bir dövlət olaraq Türkiyəyə həvalə olunacaq.
2026-cı ildə Ermənistanda parlament seçkiləridir. Yəqin ki, üçüncü dövlətlər çalışacaqlar ki, Ermənistanda qeyri-stabillik yaransın. Bu səbəbə görə də Türkiyə müqavilənin bağlanmasına maraq göstərir. Bundan başqa qeyd etmək lazımdır ki, bu günkü gündə Ermənistanda Rusiyanın hərbi bazası yerləşir. Əvvəllər bu hərbi baza Türkiyəyə qarşı olan bir hərbi baza kimi mövcud idi".
Politoloq sonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan və Türkiyə ilə Ermənistan arasında olan diplomatik münasibətlərə yol açılandan sonra Ermənistanın həmin rus bazasını öz ərazisindən çıxarmasına nail olacağı ehtimalını da söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual