Türkiyə, Rusiya və İranın fərqli mövqeləri var
Turan
08:04 09.07.2021
Siyasət
588
Suriyada sülhə nail olmaq üçün üç dövlətin səyi mütləqdir
İyulun 7-8-də Astana formatında Suriya danışıqlarının 16-cı raundu keçirilib. Türkiyə, Rusiya və İran Suriya ilə bağlı birgə bəyanat veriblər. Tərəflər dinc sakinlərə təhlükə yaradan terrorçu, radikal qruplaşmaların fəaliyyətinin yenidən genişlənməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər. Üç ölkə də vurğulayıb ki, İdlibdə sakitliyin qorunub saxlanmasını, razılaşmalara tam riayət olunması vacibdir: “Fərat çayı ətrafında Suriyanın bütövlüyünə və qonşu ölkələrin milli təhlükəsizliyinə təhdid kəsb edən separatçı planlara qarşı mübarizədə qətiyyətimizi təsdiq edirik”.
Tərəflər Suriyanın şimal-şərqində uzunmüddətli təhlükəsizlik və sabitliyin əldə olunmasının yalnız ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanması əsasında mümkün olduğu ilə razılaşıblar: “Bu yerlərdə yeni reallıqların yaradılması cəhdlərini, terroçuluqla mübarizə adı altında qanunsuz özünüidarə təşəbbüslərini inkar edirik. İŞİD, Cəbhat Ən Nüsra, Əl-Qaidə təşkilatı ilə bağlı olan digər qrupların, habelə BMT tərəfindən terror təşkilatı kimi tanınan təşkilatların birdəfəlik məhv edilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsinin zəruri olduğunu düşünürük”. Xatırladaq ki, Suriyaya dair beynəlxalq görüşlərin altıncı raundu Astanada 2017-ci ilin 14-16 sentyabr tarixlərində keçirilib. Həmin görüşdə Suriyada deeskalasiya zonalarının yaradılması elan olunub. İdlibdə monitorinqin İran, Rusiya və Türkiyə qüvvələrinin, qalan ərazilərdə isə Rusiya hərbi polisinin həyata keçirəcəyi barədə qərar qəbul olunub.
Politoloq Əli Orucov “Şərq”ə açıqlamasında deyib ki, Suriya məsələsində Türkiyə, Rusiya və İranın fərqli mövqeləri var. Ekspertin sözlərinə görə, xüsusən Bəşər Əsədə qarşı münasibətdə yanaşmalar bir-birinə ziddir:
“Türkiyə digər iki dövlətdən fərqli olaraq Əsədin legitimliyini tanımır və onun hakimiyyətdən getməsini təkidli tələb edir. Amma Suriyanın ərazi bütövlüyünün tanınması və təhlükəsizliyi məsələsində üç dövlətin maraqları üst-üstə düşür. Belə halda ortaq əməkdaşlıq mümkündür. Astana görüşlərində Suriyada terrorçuluğa qarşı birgə mübarizədə razılaşmalar əldə olunub. Yaxın Şərq məsələsində Türkiyə öz müttəfiqi ABŞ-dan nəinki dəstək ala bildi, əksinə, Amerika terrorçuları maddi və silah baxımından dəstəklədi. Ankara hökuməti bu barədə dəfələrlə Vaşinqtonu xəbərdar etsə də, yanlış yanaşmasından çəkindirməyə çalışsa da, ABŞ bildiyini edib. Belə məqamda Türkiyə regionda özünün təhlükəsizliyini qorumaq üçün digər oyunçularla əməkdaşlıq etməli olub”.
Partiya təmsilçisi qeyd edib ki, təbii ki, burada müəyyən kompramislər var: “Qarşılıqlı güzəşt olmadan hansısa razılığa gəlmək mümkün deyil. Hər halda Suriyada uzunmüddətli sülhə nail olmaq və terrorçuluğun qarşısını almaq üçün üç dövlətin səyi mütləqdir. Suriyalı qaçqınlar Türkiyə üçün ciddi problem yaradır. Rəsmi rəqəmlərə görə, suriyalı qaçqınların sayı 3 milyondan çoxdur. Ümid edirik, Türkiyənin təhlükəsizliyinin təmin olunması istiqamətində daha qətiyyətli addımlar atılacaq, qərarlar veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm