Üçtərəfli görüş:“Ciddi siyasi dialoqlar...”
Fidan Həmişəyeva
12:45 06.07.2021
Siyasət
519
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ən yüksək siyasi səviyyədə əldə edilmiş razılaşmaların icrasını müzakirə edib. Diplomatlar Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin bu il keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıblar.
R.Meredov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında baş tutmuş telefon danışığı zamanı da Azərbaycan, Türkmənistan və Türkiyə dövlət başçılarının görüşünün vacibliyi qeyd olunub. Bundan başqa, nazirlər Türkiyə prezidentinin Türkmənistana səfərinin hazırlıq məsələlərinə də diqqət ayırıblar.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü zamanı bir sıra razılaşmaların imzalanacağı gözlənilir.
Görüşün əhəmiyyətini “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, sözügedən üçtərəfli görüş formatı hələ 2008-2009-cu illərdən formalaşıb:
“Bir neçə dəfə XİN başçıları bu format çərçivəsində görüşüb. Vaxtilə prezidentlərin də görüşü baş tutub. Çox vacib fakt budur ki, hər üç ölkə türkdilli ölkələrin oğuz qrupuna aiddir. Bu, bizi daha sıx birləşdirən amildir və humanitar münasibətlərin inkişafına təkan verir. İndiki geosiyasi reallıqları nəzərə alsaq, üçtərəfli münasibətlərin digər əsasını iqtisadi əlaqələr təşkil edir. Birgə layihələrin həyata keçirilməsi davamlı müzakirə olunur. Xüsusilə də Türkmənistan qazı Azərbaycan vasitəsilə Türkiyəyə, oradan da Avropa bazarlarına çatırılır. Çox güman ki, bu məqam müzakirə olunacaq və konkret qərarlar qəbul ediləcək. İlin əvvəlində “Dostluq yatağı” ilə bağlı qərar imzalanmışdı və bu yataq demək olar ki, Azərbaycanla Türkmənistanın birgə işi idi. Üçtərəfli münasibətlər imkan verir bu layihə həyata keçirilsin”.
Politoloqun fikrincə, görüş zamanı siyasi dialoqların da aparılacağı gözlənilir:
“Belə danışıqlarda ortaq maraqlar var. Həmin maraqların böyük hissəsi təhlükəsizliklə bağlıdır. Əlbəttə, hər üç ölkə müəyyən problemlərlə üzləşib. Türkiyədə PKK ölkə üçün müəyyən təhlükələr törədir. Bizdə Qarabağ müharibəsinin bitməsinə baxmayaraq, müəyyən təhdidlər qalıb. Türkmənistan üçün isə Əfqanıstanda gedən proseslər müəyyən təhlükə yaradıb. Hər üç ölkə başçısının görüşü zamanı belə mövzuları müzakirə etməsi istisna deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə
Çox təəssüf ki, İranda hər şeyi Pezeşkian həll etmir - Analitik
15:54 10.08.2026
Region
Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb
15:29 10.08.2026
İqtisadiyyat
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH
15:16 10.08.2026
Aktual
Rusiya Zaporojyeyə aviabomba ilə zərbə endirib: 13 nəfər yaralanıb
15:09 10.08.2026
Dünya
Rihanna Türkiyədə məhkəməni uddu
14:45 10.08.2026
Dünya