Zaur Qurbanlının namizədliyi ləğv edildi: Məhkumluğunun bitməsinə 1 il qalıb
Fidan Həmişəyeva
11:22 29.12.2019
Siyasət
626
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda ilk olaraq 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılıb. Məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun təklifi ilə şikayətçi – Zaur Araz oğlu Qurbanlı zala dəvət edilib.
B.Əsgərov qeyd edib ki, şikayət konstitusion hüquqlara daxilir:
“Həmin şəxs – Zaur Qurbanlı mənim tələbəm olub. 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini irəli sürüb. Namizədliyi 18 dekabr tarixli qərarla təsdiq olunub. Təəssüf ki, bəzi xüsusiyyətləri nəzərə almayıb. Bu məsələ araşdırılarkən Zaur Qurbanlı ilə əlaqə saxlanılıb. Zaur Qurbanlı 2013-cü ildə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Altı ay sonra ölkə prezidentinin sərəncamına əsasən əfv edilib. Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurası Nazirlər Komitəsinin onunla bağlı qərarı var. Bunlara əsaslanaraq, Zaur Qurbanlı məhkumluğunun olmadığını bildirib. Məlum olub ki, Zaur Araz oğlu Qurbanlı öhdəlik ərizəsini təqdim edəndə məhkum olunduğunu bildirib. Həmçinin əfv edildiyini, həm də AİHM-in qərarını qeyd edib. Onun namizədliyi 20 saylı Nərimanov ikinci DSK tərəfindən 18 dekabrda təsdiq edilib. Ona imza vərəqələri verilib. Bundan sonra biz araşdıranda DSK öz qərarını izah edə bilmədi. Dekabrın 27-də biz o arayışı DİN-dən almışıq. Arayışda göstərilir ki, Zaur Qurbanlının 228.3-cü maddə ilə məhkum edildiyi göstərilir. Məsələnin hüquqi nüansı burdan yaranır. Cinayət Məcəlləsinin 83-cü maddənin tələbinə görə, məhkumluğu olmayan o şəxsdir ki, o, cəzasını çəkib qurtarandan 6 il keçmiş olsun. Yəni, məhkumluq 6 il sonra götürülə bilər. Bu tarix cəzanın qalan hissəsinin azad edildiyi gündən hesablanır. Zaur Qurbanlı 29 dekabr 2014-cü ildə əfv edilib. Onun məhkumluğunun ödənilməsinə 1 il qalıb. Konstitusiyanın 85-ci maddəsinə görə, məhkum edilmiş şəxslər deputat ola bilməzlər. DSK da onların namizədliyini təsdiq edilə bilməz”.
B.Əsgərov qeyd edib ki, MSK Seçki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən aşağı seçki komissiyasının qərarını ləğv etmək məsələsinə baxa bilər.
MSK sədri M.Pənahov bildirib ki, bu, mübahisə doğurmayan məsələdir:
“Bizim 5 faiz hüququmuz olsaydı, şikayətçiyə kömək edərdik. Əgər qanunvericilik imkan vermirsə, ona kömək etmək imkanımız yoxdur”.
MSK üzvü B.Əsgərov Z.Qurbanlının namizədliyinin təsdiq edilməsinin əsassız hesab edilərək ləğv edilməsinə dair MSK-nın qərarını oxuyub.
İclasda iştirak edən Zaur Qurbanlı hüquqşünas olduğunu, namizədliyini irəli sürərkən AİHM-in və AŞ Nazirlər Komitəsinin qərarlarına istinad etdiyini bildirib. Müzakirədən sonra 16 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla MSK-nın qərarı qəbul olunub.
Oxşar xəbərlər
Avropa Komissiyasının Prezidenti: Regional əlaqələndirmə üzrə investisiya konfransının Bakıda keçirilməsini istəyirik
20:42 01.07.2026
Emi Karlon: Azərbaycanla strateji tərəfdaşlıq Cənubi Qafqazda sülh və inkişafı gücləndirəcək
20:24 01.07.2026
Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər
20:17 01.07.2026
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya