
“Playstation” klubları və video oyunlar uşağın psixikasına mənfi təsir göstərə bilər -Psixoloq
09:52 06.05.2025
Sosial
307
Oyun həvəskarlarının sevimli məkanlarından biri “Playstation” klublardır. Müxtəlif oyunlar təqdim edən bu məkanlardan fərqli məqsədlər üçün də istifadə edildiyi iddia olunur. Elə bu yaxınlarda Bakıda və regionlarda fəaliyyət göstərən "Playstation" klublarında azyaşlıların seksual münasibətləri və cinsi zorakılıq hadisələri ilə bağlı məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) sədri Kəmalə Ağazadə Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Baş Prokurorluq və uşaq müdafiəsini həyata keçirən, profilaktik iş aparan, asayişi qoruyan dövlət qurumlarına müraciət etmişdi.
“Playstation” klubları və digər oyunlar uşaqlar üçün niyə təhlükəli hesab edilir? Bu oyunlar uşaq psixologiyasına necə təsir edir?
Məsələ ilə bağlı Sherg.az-a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, uşaqların psixoloji inkişafı çox həssas və dinamik bir prosesdir. Onların beyni daim informasiya qəbul edir, öyrənir və davranış modelləri formalaşdırır:

“Bu baxımdan “Playstation” klubları və video oyunlar, xüsusilə də zorakılıq və aqressiya tərkibli olanlar, uşağın psixikasına mənfi təsir göstərə bilər. İlk növbədə qeyd etməliyəm ki, bu oyunlar uşaqlarda asılılıq yarada bilir. Oyun zamanı beyin dopamin ifraz edir və bu, uşaqda müvəqqəti xoşbəxtlik və həyəcan hissi formalaşdırır. Ancaq bu hal təkrarlandıqca uşaq real həyatdan uzaqlaşır və yalnız oyun vasitəsilə zövq almağa başlayır. Bu da sosial münasibətlərdə çətinliklərə, ünsiyyət qabiliyyətinin zəifləməsinə və tənhalığa gətirib çıxara bilər. Digər təhlükəli məqam oyunlardakı zorakılıqdır. Uşaq davamlı şəkildə döyüş, atışma, müharibə səhnələri izlədikdə, zamanla sözügedən davranışlar normallaşır. Bu isə empati hissinin zəifləməsinə, aqressiv davranışlara meylin artmasına səbəb ola bilər”.
Psixoloqun sözlərinə görə bəzi uşaqlarda bu cür oyunlar qorxu, yuxusuzluq, narahatlıq və diqqət pozuntuları yaradır:
“Bundan başqa, uzun müddət kompüter və ya konsol qarşısında oturmaq fiziki sağlamlığa da zərər verir –göz yorğunluğu, bel və boyun ağrıları, piylənmə kimi problemlər ortaya çıxa bilər. Əlbəttə ki, bütün oyunlar zərərlidir demək düzgün olmaz. Təhsil xarakterli, strategiya və düşünmə bacarığını inkişaf etdirən oyunlar mövcuddur və onlar məhdud zaman çərçivəsində istifadə olunduqda faydalı ola bilər. Burada əsas məsələ balans və valideyn nəzarətidir. Valideynlərə tövsiyəm odur ki, övladlarının hansı oyunları oynadığını diqqətlə izləsinlər. Yaşına uyğun olmayan, zorakılıq və ya mənfi emosiyalar doğuran oyunlara icazə verməsinlər. Həmçinin, uşağın boş vaxtını təkcə ekran qarşısında deyil, sosial, fiziki və yaradıcı fəaliyyətlərlə də zənginləşdirmək çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə