
Vüqar Tofiqli: Bir bələdiyyənin ardıcıl olaraq subvensiya layihəsi alması normaldır
13:08 19.02.2024
Sosial
459
Dotasiya və subvensiyaları bəzən eyni bələdiyyələr alır, bu, problemdir.
bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Siyavuş Novruzov deyib.
“Biz heç dotasiya və subvensiya verilmə layihəsini də görmürük. Belə fikir yaranır ki, bəzi bələdiyyə həmişə pul alır, amma bəziləri heç almır. Bu, Maliyyə Nazirliyinin səlahiyyətindədir. Bu məsələyə birlikdə baxmaq lazımdır. Layihələrə baxmaq və hansı bələdiyyənin layihəsi maraqlıdırsa, ona dotasiya, subvensiya vermək lazımdır”, – deyə Siyavuş Novruzov qeyd edib.
Siyavuş Novruzovun təklifinin çox maraqlı olduğunu bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, subvensiyaların verilmə prosesi Maliyyə Nazirliyi tərəfidən həyata keçirilir:

“Əsas səlahiyyət sahibi Maliyyə Nazirliyidir. Bununla yanaşı bələdiyyələrin özləri də aldıqları subvensiyanın fəaliyyəti ilə bağlı layihənin yekunu haqqında ictimaiyyəti məlumatlandırmalıdır. Amma təəssüf ki, bununla bağlı çox az hallarda məlumat paylaşılır. Mingəçevir və Bakıxanov bələdiyyəsi müəyyən bir layihə icra edib. Eyni zamanda hər iki bələdiyyə onu ictimaiyyətə bildirib. Güman edirəm ki, Siyavuş Novruzovun təklifindən sonra müvafiq orqanlar bununla bağlı konkret proqram hazırlayıb prespektivdə tələb kimi bələdiyyələrin qarşısına qoyacaq. Yəni həyata keçirdikləri layihələr barəsində ictimaiyyəti məlumatlandıracaqlar. Bir bələdiyyənin ardıcıl olaraq subvensiya layihəsi alması normaldır. Amma subvensiyaya ayrılan maliyyə vəsaitinin həcminin artırılması daha məqsədəuyğun olardı. Bunun üçün isə ilk növbədə subvensiya almaq niyyətində olan bələdiyyələr arasında müsabiqə elan edilməli və müsabiqənin şəffaf keçirilməsi təmin olunmalıdır. Həmçinin bütün proses ictimailəşdirilməlidir. Neqativ halların baş verməməsi üçün isə prosesin onlayn qaydada təşkili daha yaxşı olardı. Yəni nazirlik hansı layihəyə üstünlük verəcəksə, onun haqqında ictimaiyyətin məlumatı olmalıdır. Əlavə olaraq isə daha çox bələdiyyə büdcəsinə gəlir gətirə biləcək layihələrə üsütünlük verilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vladimir Putin Mehriban Əliyevaya təbrik məktubu göndərib
21:47 25.08.2026
Siyasət
Səidə Mirziyoyeva: Qapımız həmişə qardaş Azərbaycana açıqdır
21:35 25.08.2026
Siyasət
"Türkiyə Əsri"ni qurmağa başlamışıq - Ərdoğan
21:20 25.08.2026
Region
Azərbaycan və Özbəkistan dilləri daha da yaxınlaşacaq - Aqil Camal
20:47 25.08.2026
Gündəm
Peskovdan ABŞ-nin MKİ rəhbərinin Moskvaya səfərinə reaksiya
20:46 25.08.2026
Gündəm
Gədəbəy sakini qətlə yetirilib
20:18 25.08.2026
Hadisə
Bakı və Daşkənd vahid güc mərkəzi yaradır - TƏHLİL
19:57 25.08.2026
Gündəm
Məktəblərdə qadın müəllimlərin payı açıqlanıb
19:45 25.08.2026
Elm və Təhsil
Tramp: Hörmüz boğazındakı bütün minalar zərərsizləşdirilib
19:37 25.08.2026
Gündəm
Polad Bülbüloğlu üçüncü dəfə evləndi - FOTO
19:22 25.08.2026
Cəmiyyət
Ermənistanda orduda ölüm halları artır: Ekspert səbəbləri açıqladı
19:19 25.08.2026
Region
Ermənistan hərbçisinin asılmış meyiti tapılıb
18:57 25.08.2026
Region
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual