"'Girls Aloud" qrupunun sabiq solisti Sara Hardinq ötən ilin avqust ayında döş xərçənginə tutulduğunu demişdi.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 39 yaşlı aktrisa xərçəngin artıq bütün vücuduna yayıldığını İnstagram profilində yazıb.
"Xərçəngəm, nə qədər yaşayacağımı bilmirəm. Sonadək mübarizə aparacağam", - aktrisa yazıb.