Müğənnidən etiraf: “Gündə 500-dən çox gizli toy olur” – Dəvət edirlər...

“Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur. Bunlar nə vaxta qədər davam edəcək?”
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram səhifəsində müğənni Xatirə İslam yazıb. O fikirlərinə bunları da əlavə edib:
“Toylara ya icazə verilməlidir, ya da  qanunsuz keçirilənlərin qarşısı alınmalıdır. Dostlarımdan, tanışlarımdan  da xahiş edirəm ki, məni gizli təşkil etdikləri toylara çağırmasınlar. Çünki qayda-qanun adamıyam, iştirak etdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.