Afət Mübarizi təkrarladı: Saza elə hörmətsizlik etdi ki... - VİDEO

Bir müddətdir ki, Aşıq Mübariz Camaloğlunun Rusiyadakı toyların birində çəkilən görüntüləri müzakirə olunur. Saz çalarkən başqa bir şəxsin onu qucağına alması "tənqid atəşi"nə tutulub. Əksəriyyət aşığın sazla rəftarını düzgün qarşılamayıb.
Müğənni Afət Fərmanqızı isə Mübariz Camaloğlunu dəstəkləyib.
“Sherg.az” xəbər verir ki, o Mübariz sayağı saz çaldığı videosunu İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:
“Mübariz, hazırlaş Moskva toyumuzda yerimizi dəyişəcəyik. Mən sazda ifa edəcəm, sən oxuyacaqsan. “Aşıq Afət Tovuzlu” pis səslənmir”.