Özcan oğlu Kuzeylə olan yeni fotosunu yayımlayıb

Müğənni Özcan Deniz sosial şəbəkə hesabında yeni paylaşım edib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, sənətçi İnstaqram hesabında oğlu Kuzeylə olan yeni fotolarını yayımlayıb.

Sənətçi paylaşdığı şəkillərə “Bir-birimizdən nə şox şey öyrənirik ata” qısa şərhini yazıb. Onun bu paylaşımı sosial media istifadəçiləri tərəfindən çox bəyənilib. İstifadəçilərin bəziləri Kuzeyi anası Feyza Aktana, böyük əksəriyyəti isə atası Özcan Deniz bənzədiblər.