Xoşqədəmin əri 5 qəpik təzminat tələb edir

Müğənni Doğuş həmkarı Bilal Sonsesi məhkəməyə verib.

 "Sherg.az"  BiG.AZ-a istinadən xəbər verir ki, ifaçı Bilalın "Elin olamam" adlı mahnısının əvvəl və axır hissəsinin "Bunun adına yürek derler" bəstəsindən oğurladığını iddia edib.

Bundan sonra o, Sonsesi məhkəməyə verərək, ondan 5 qəpik təzminat tələb edib. Doğuşun vəkili, məhkəmənin qərarı ilə təzminat ödənildiyi təqdirdə, bu xəbərin Türkiyənin ən məşhur qəzetlərində yayımlanması tələbini də irəli sürüb./Axşam.az