Məşhur cütlük istirahətə yollandı

Son illər istirahətlərini Marmaris şəhərində keçirən Kenan İmirzalıoğlu və Sinem Kobal cütlüyü bu il tətil planında dəyişiklik edib.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ikili yeni doğulan qızları Lalinlə birlikdə başqa yerə istirahətə yollanaraq, yay mövsümü tətilinə start verib.

Belə ki onlar, həm yaxşı dincəlmək, həm də koronavirusdan qorunmaq üçün Egey dənizi sahillərində dağ zirvələrindən birində bahalı villa kirayələyiblər. Cütlüyün bütün yayı burada keçirəcəyi deyilir. Onlar açıq havada hovuzu da olan bu malikənəyə hər ay 250 min lirə (51 min 75 manat) ödəyəcək.