Boşansalar da, ayrıla bilmirlər

Keçmiş model Demet Şener 19 ay evli olub, bu ilin yanvar ayında boşandığı əri Cenk Küpeli ilə görüşməyə davam edir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ötən gün cütlük bir yerdə görüntülənib.

Demet yayılan xəbərlər haqqında açıqlama verərək keçmiş əri ilə hələ də görüşdüyün etiraf edib:

“Cenk ilə görüşdüyüm doğrudur. Lakin biz əl -ələ deyildik. Ara da bir görüşürük. O gün də “Gəl birlikdə yüşüşə çıxaq” dedi. Mən də getdim. Gizli ya da saxlanılacaq heç bir şey yoxdur”.