Boşanır: "Çox sevdim, mübarizə apardım, amma..."

Müğənni Yana Kramer həyat yoldaşından boşanır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçu Mayk Kossebdən ayrılmaq qərarına gəlib. Buna səbəb ərinin Yanaya dəfələrlə xəyanət etməsidir.

Məhkəməyə müraciət edən sənətçi ayrılığı haqqında İnstaqram hesabında “Çox sevdim, mübarizə apardım, bağışladım, amma daha bacarmıram” kimi sözlərin yer aldığı paylaşım da edib.