Hüseyn Zaur Kamalı biabır etdi:“Efirə görə, pul verəcəyimi...”

“Keçən dəfə Hüseyn deyir ki, 30 manatdan “atışın” bağ evimə gəlin. Kabab çəkəcəm. Heç utanmadın elə deyəndə?”
“Sherg.az” xəbər verir ki, bu sözləri “Həmin Zaur” proqramında  aparıcı Zaur Kamal musiqiçi Hüseyn Məhəmmədoğluna deyib. Klarnet ifaçısından Zaura  cavab gecikməyib:“Bəs sən utanmırsan camaatdan pul alanda? Açıqlamaq istəmirəm”.
Bu zaman Z.Kamal “ Sənə əlli manat verdim. Kiməsə pul yığırdın”. Hüseyn isə həmin hadisənin təfərrüatlarından danışıb:

“Canlı verilişdə  müraciət etdik ki, dünyadan köçən musiqiçi dostlarımızın asiləsinə yardım pulu yığırıq. Zaur qayıtdı ki, mən də 100 manat verəcəm. Reklam arasında pulu istədim. Dedi ki, qonaqlar pul verdi də. Söylədi ki , efirə görə, pul verəcəyimi dedim. Sonradan başqa adam yardım etdi”.
Zaur isə o an cibində pul olmadığını, bir müğənninin sponsorunun onun əvəzinə pul verdiyini bildirib.