Naibədən şou əhlinə sərt tənqid: "Şəhid xanımına dəstək olmamısınız..." 

Xalq artisti Naibə Allahverdiyeva İnstaqram hesabında paylaşdığı videoda  bəzi şou nümayəndələrinə irad bildirib. 
Onların şəhid xanımına dəstək olmadıqlarını söyləyib.
"Sherg.az" xəbər verir ki, aktrisa sözügedən videoda bunları deyib:
"Saçlarım qəhrəman şəhidimizin həyat yoldaşı Aynurun əl işidir. Çox gözəl əl qabiliyyəti var. Bir məsələ haqda danışmaq istəyirəm. Bəzi şou-biznes nümayəndələri, sizə ayıb olsun. O xanım şəhid ailəsidir. Bizim hamımızın onlara borcu var. Sizə mesaj göndərib, xahiş edib ki, ona dəstək olasınız və əl işlərini səhifənizdə paylaşasınız. Siz heç ona cavab verməyi özünüzə rəva görməmisiniz. Siz kimsiniz ki? Heç kimsiniz! Nə sənətkar kimi sənətkarsınız, nə də adam kimi adamsınız. Ölüb gedəndə adınız it dəftərində də olmayacaq. Şəhidlərimiz isə daim xalqın qəlbində yaşayacaqlar".