Şou əhli  “26 İyun Silahlı Qüvvələr Günü”ndən yazdı: "Qalib ölkənin qalib ordusu..."

26  İyun Silahlı Qüvvələr günüdür. Behiştdəki oğullarımızın, qazilərimizin, bir sözlə igidlərimizin bayramıdır. Polad generalımızın, İlqar polkovnikin, adlarını tarixə yazan qəhrəmanların, müzəffər ordumuzun günüdür. 
Bu münasibətlə sosisal şəbəkələrdə hər kəs paylaşım edib. Xalqımız gecə-gündüz demədən Vətənin keşiyində dayanan oğullarmızın bayramını qutlayıb. İstər son Qarabağ savaşında, istərsə də daha öncəsində torpaq, millət uğrunda canından keçən igidlərimizin əziz xatirəsini anıb. 
Sənət  adamları da “26 İyun Silahlı Qüvvələr Günü” ilə əlaqəli statuslar yazıblar.

“Sherg.az” xəbər verir ki, xalq artisti Aygün Kazımova instaqram hesabında bunları söyləyib:

“Qalib ölkənin qalib ordusu, bayramın mübarək. Ali Baş Komandan  başda olmaqla Azərbaycan ordusunu Silajlı Qüvvələr Günü münasibətilə təbrik edirəm”.

Müğənni Gülay Zeynallı isə bu sözləri deyib:

“Mərd, cəsur, igid oğullarımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Tanrı bütün hərbçilərimizə yar olsun. Var olun, haqqınızı halal edin. Torpaqlarımızı işğaldan azad edən müzəffər ordumuz öz tarixi missiyasını yerinə yetirdi. Qarabağ Azərbaycandır”.

Xalq artisti Röya Ayxan paylaşımda bunları qeyd edib:

“Bizə qələbəni bəxş edənlər, sizinlə qürur duyuruq. Ali Baş Komandanımız, ordumuz, əsgərimiz, igidlərimiz siz bizim qürur yerimizsiniz. Yaşasın Azərbaycan”.