Nazilə: "Həmişə üz kremimin qiyməti 350 dollar olub"

Şairə Nazilə Səfərli “Atv maqazin onlarla” proqramının “33 sual” rubrikasında qonaq olarkən bir sıra açıqlamalar verib. 
O, əməkdar artist Xumar Qədimova ilə bir xatirəsindən söz açıb.
“Sherg.az” xəbər verir ki, şairə bunları söyləyib:
“Gürcüstanda X.Qədimova ilə rastlaşdıq. Onu canlı-canlı ilk dəfə görürdüm.Biz gürcüstanlılar da  bir xasiyyət var. Bizim torpağımızda kimsə qonaqdırsa, özümüzü ev sahibi kimi aparırıq. Tez-tez maraqlanırdım, nəsə istəyib-istəmədiyini soruşurdum. Ona xoş olsun deyə belə edirdim. O, isə məni mədəni yola verdi. Qırmızı körpüyə çatanda gördüm ki, Xumar xanımın maşını  da buradadır. Yenə gəldim yanına, hal-əhval tutdum. Sərhədi keçən kimi “Duty free” mağazasına girdim.  Alış-veriş edirdim. Mənim də yanımda aşıq Solmaz var idi. Orada Xumar xanımgil məni görmədilər. Birdən onun sürücüsünün səsini eşitdim: “ Bunlar bizim dalımızca bura girdilər?”. Xumar xanım da qayıtdı ki, sənə dedim də onlar bayaqdan bizim arxamızca gəlirlər, yoxsa “Duty Free”yə girəndilər? O sözü eşidəndə tarimar oldum. Sevginin cavabı budurmu?  Uzun illər onu bağışlaya bilmədim.  Onun isə xəbəri yoxdur. Vaxtında ucuz paltar geyinmiş ola bilərəm, amma üz kremim həmişə  350-500 dollar olub. Daim ətirlərimi bahaya almışam. Lap da ucuz idi, yoxumdur. Elə etmək olarmı? Zaman-zaman məclislərdə görüşdük. İndi  yadıma düşəndə çənəm əsir. Səni sevən insan qarşına gəlib. Bir qucaq açsan nə olar?”