"Mən də, bacı-qardaşım da ailə tövsiyəsi ilə evlənmişik"

Müğənni Könül Kərimova “Atv”ə açıqlamasında oğlu Rəşaddan danışıb.
“Sherg.az” xəbər verir ki, o, oğlunu evləndirmək istədiyini söyləyib:
“İndiki uşaqlar sözə baxmırlar. Gözaltı etməyə qalsa, qəşəng qızlarımız çoxdur. Gəncləri düzgün yönləndirmək lazımdır. Valideyn öyüd nəsihəti ilə qurulan ailə fərqli olur. Mən də, bacı-qardaşım da ailə tövsiyəsi ilə evlənmişik.  Mütləq  “söylədiyim olmalıdır” demirəm. Amma gənclərin görmədikləri məqamları böyüklər bilirlər. Rəşad demiş, ikimiz də fikrimizi yarı-yarıya bildirməliyik. Həmişə  Cabbar Musayevin övladlarını misal çəkirəm. Cabbarın  üç oğlu var. Canlı şahidəm ki, üçü də valideynlərinin məsləhəti ilə evləniblər. Qız köçürmək daha çətindir. İndiki cavanlar odlu-alovludurlar. Evlənəndə uzun bir yola çıxırlar. Ailədən öncə dost münasibətləri olsun istərdim”.