Vasif fikrində qalır:"...Kişi ətir qoxmalıdır"

Müğənni Vasif Məhərrəmli növbəti açıqlaması ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, ifaçı “Onun sirri”  proqramında bunları deyib:

“Onlar deyirlər ki, kişinin  üstündən mazut iyi gəlməlidir. Mən də söyləyirəm ki, niyə belə olmalıdır? Fikrimcə, kişi ətir qoxmalıdır. Nə üçün üstümdən pis qoxu gəlsin? Dedim ki, onun yanında niyə oturmalıyam? Üzr istəyirəm,  natəmiz adam, küçədə qalan biri  mazutun içində işləmir ki. Sual vermişəm, pis iyi gələn adamın yanında niyə oturum? Sənət dostlarım var ki, yanlarından keçmək olmur, pintidirlər. Məqsədim təmizkarlığın təbliğatını aparmaq olub”.